Jurnalistin qardaşı istintaqın ifşa olunduğunu iddia etdi

Hazırda oxunan: Jurnalistin qardaşı istintaqın ifşa olunduğunu iddia etdi

49736

Hazırda həbsdə olan jurnalist Ərşad İbarimovun qardaşı Tariyel İbrahimov Moderator.az-a müraciət edərək jurnalistin bugünkü məhkəmə prosesindən danışıb:

“Hörmətli redaksiya!

Qardaşım Ərşad İbrahimov 18 iyun 2014-cü ildə  həbs edildi ki, guya şahidlərə təzyiq edərək onların məhkəmə prosesində iştirak etmələrinə maneçilik törədir. Qardaşım həbs edilən gündən  bugünki günə qədər  3 dəfə məhkəmə prosesi keçirilsə də yenə də şahidlər məhkəmə prosesində iştirak etmədi. Demək heç də iddia olunduğu kimi mənim qardaşım yox, Kəlbəcər Rayon Təhsil Şöbəsinin sabiq müdiri, barəsində cinayət işi başlanılmış, polis nəzarətində olan  korrupsioner Məhəmməd Bağırov şahidlərə təzyiq edirmiş . Bugünkü məhkəmə prosesində maraqlı faktlar ortaya çıxdı. Məhkəmədə şahid qismində düzgün ifadə verən Jalənin qardaşı Məhəmməd Bağırovun əlaltısı olan Fərqanə Ələkbərovanın atası Əhliman Ələkbərov tərəfindən Jaləgilin evinə basqın edilərək qardaşına  ağır bədən xəsarətləri yetirib, eyni zamanda tələb edib ki, Jalə qeyri-qanuni olaraq Ərşad İbrahimovun, yəni mənim qardaşımın əlehinə ifadə versin. Jalənin qardaşı hazırda xəsdəxanada ağır vəziyyətdə yatır. Jalənin qardaşının bədəninə bıçaqla və digər küt alətlərlə xəsarət yetirən Fərqanənin atası Əhliman haqqında  Göygöl rayon polis şöbəsində artıq cinayət işi başlanılıb. Cinayət Məcələsinin 126.2-ci maddəsi ilə iş aparılır. Elə bu faktın özü sübut edir ki,  həqiqətən Ərşad İbrahimov günahsız həbsə atılıb. Demək faktlar birbaşa sübut edir ki, həqiqətən şahidlərə təzyiq edən korrupsioner Məhəmməd Bağırov və onun əlaltılarıdır. Jalənin qardaşının vəkili  bu gün məhkəmə prosesində  məhkəməyə sənədlər  təqdim etdi ki, həqiqətən  Məhəmməd Bağırovun əlaltısı olan Fərqanənin atası Əhliman, yəni hazırda barəsində Göygöl rayonunda cinayət işi başlanılmış Əhliman Məhəmməd Bağırovun dəstəyi ilə zor tətbiq etməklə şahidlərə təzyiq edirlər ki, Ərşad İbrahimovun üzünə nahaqdan dursunlar. Artıq haqq-ədalət öz yerin tutur. Korrupsioner Məhəmmd Bağırovun çirkin əməlləri üzə çıxır”.

P.S.Yazıda adıçəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq. 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin