Tural Abbaslı: “Şahin Novruzlunun addımı nə qınanılası, nə də təqdir olunası hərəkətdir”

Hazırda oxunan: Tural Abbaslı: “Şahin Novruzlunun addımı nə qınanılası, nə də təqdir olunası hərəkətdir”

49732

“Ərizə yazıb əfv olunmaq istəyən NİDA-çı gənc Şahin Novruzlunun addımı nə qınanılası, nə də təqdir olunası hərəkətdir”. Bunu Moderator.az-a açıqlamasında gənc fəal, müsavatçı Tural Abbaslı deyib. Onun sözlərinə görə, bir ildən artıq müddətdə 18-19 yaşlı bir gəncin etmədiyi cinayətə görə azadlığa çıxması onun hüququdur və o bu hüqquqndan istifadə edib:

”Amma bununla onun bu hərəkətini də təqdir etmək niyyətində deyiləm. Bunu etsəm o zaman ərizə yazmayıb uzun müddətdə həbsdə qalmağı üstün sayan gənclərə qarşı haqsızlıq olardı”.

T. Abbaslı hakimiyyətin etmədiyi cinayətə görə həbsdə yatan gənclərə müxtəlif yollarla psixoloji təzyiq edib əfv və bağışlanmaq ərizələrini yazdırmasını düzgün olmayan siyasət sayıb:

“Öz hakimiyyətini qorumaq üçün hər hansı vətəndaşını, xüsusən də gəncini belə addım atamağa məcbur etmək heç bir hakimiyyətə başucalığı gətirməz və yaraşmaz. Çünki bu gənclər bu dövlətin gələcəyidir. Biz onları daha yüksək mənəvi ruhda tərbiyə etmək əvəzinə onları sındırmaqla məşğul oluruq. Biz bunun acı nəticəsinin şahidi olacağıq.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin