Moderator.az xəbər verir ki, bunu "Facebook" səhifəsində professor Firudin Cəlilovun özü yazıb.
"Dostlar, səhər müalicə üçün Ankaraya gedirəm, qayıdana qədər FB-də olmayacam.
Sağlamlığım ilə bağlı narahat olan, şəfa diləyən bütün dostlara təşəkkür edirəm."
Qeyd edək ki,Firudin Cəlilovun müalicəsini dövlət öz üzərinə götürüb.
Bir neçə gün öncə Moderator.az görkəmli ziyalı, keçmiş təhsil naziri, professor Firudin Cəlilovun səhhətinin ağırlaşması və ölüm ayağında olmasıyla bağlı həyəcan təbili çalaraq ölkə prezidentinə onun müalicəsinin dövlətin öz üzərinə götürməsi üçün xahişdə bulunmuş, bununla bağlı kampaniya başladaraq ölkənin tanınmış insanlarını, ziyalılarını, millət vəkillərini bu kampaniyaya dəstək verməyə çağırmışdı.

































































































