Moderator.az xəbər verir ki, 03 iyul 2014-cü il tarixində Bakı Apellyasiya Məhkəməsiində hakim (yoixla İlqar Murquzovun sədrliyi ilə vicdan məhbusu, hüquq müdafiəçisi, tanınmış vəkil Qurban Məmmədovun Nəsimi rayon məhkəmsinin hökmündən vermiş olduğu apellyasiya şikayətinə baxılıb.
Elə məhkəmə iclasının lap başlanğıcında hakimlər komik durumla üzləşib. Belə ki, Qurban Məmmədovun vəkili Fəxrəddin Mehtiyev müdafiəni səmərəli təşkil etmək məqsədi ilə, onunla təmasın təşkil edilməsinin zəruri olduğunu bildirərək, Qurban Məmmədovun təqsirləndirilən şəxslər üçün nəzərdə tutulmuş şüşə qəfəsdən çıxrılaraq məhkəmə iclas zalında əyləşməsinin təmin edilməsini tələb edən vəsatətlə çıxış etdi. Hakimlər vəsatəti müzakirə edərək Qurban Məmmədovun zala çıxarılmasının mümkün olmadığını, yalnız müdafiəçinin şüşə qəfəsə salınmasının mümkün olduğunu dedilər və penitensiar xidmətin əməkdaşlarından vəkil Fəxrəddin Mehtiyevin də şüşə qəfəsə salınmasını tələb etdilər. Ancaq penitensiar xidmətin əməkdaşları bu tələbin qanunsuz olduğunu və onların işlərini tənzim edən təlimata zidd olduğunu bildirərək məhkəmənin bu təklifini rədd etdilər. Bildirdilər ki, yalnız məhkəməninin yazılı qəbul edilmiş qərardadından sonra buna yol verə bilərlər. Məhkəmə isə belə bir qərardad qəbul etməyərək, yalnız təqsirləndirilən şəxslə vəkilin məsləhətləşməsini təmin etmək üçün beş dəqiqəlik fasilə elan edərək zalda əyləşmiş şəxslərdən məhkəmə iclas zalını tərk etmələrini tələb etdilər.
Beş dəqiqədən sonra məhkəmə iclası davam etdirildi. Öncə Qurban Məmmədov tərkibdə olan hakimlərdən birinə, Mirzəli Abbasova, bundan əvvəl Nəsimi rayon məhkəməsinin onun barəsində seçmiş olduğu qanunsuz və əsassız həbs qəti imkan tədbirinin qüvvədə saxlanılmasını təmin edən Apellyasiya tərkibiində iştirak etdiyini əsas gətirərərk onun bu tərkibdə iştirakına etiraz etdi. Etiraz elan ediləndən sonra digər iki hakim müşavirə etmək üçün zalı tərk edib, qayıdaraq etirazın təmin edilmədiyini elan etdilər.
Bundan sonra Qurban Məmmədov sədrlik edən hakimə bir sualının olduğunu bildirdi və dedi ki, yalnız sədrlik edən onun bu sualına cavab verdikdən sonra o qət edəcəkdir ki, məhkəmə tərkibinə bütövlükdə etiraz etsin ya yox. Sədrlik edən qanunda məhkəməyə sual verilməsinin nəzərdə tutulmadığını deyərək, sualı dinləmək istəmədiyini, “prosedur qaydalara uyğun” prosesi davam etdirmək niyyətinin olduğunu dedi. Q.Məmmədov isə sədrlik edənə fikirin çatdırmaq üçün bildirdi ki, bir ay bundan qabaq notariusun istintaq təcridxanasına buraxılması üçün sədrlik edənə məktub ünvanladığını və bu günədək heç bir cavab ala bilmədiyini dedi. Bildirdi ki, niyə bu günədək onun qanuni tələbinə heç bir cavab verilməyib. Sədrlik edən bu suala cavab verdikdən sonra o biləcəkdir ki, indiki məhkəmə tərkibi onun işinə qərəzli yanaşır ya yox. Q.Məmmədovun salındığı şüşə qəfəsdə quraşdırılmış mikrafonun onun boyuna münasib olmaması, yəni çox yuxarıda olması Q.Məmmədovun nitqinin anlanılmasında çətilik yaradan texniki problem də var idi ki, bu xüsusatı da vəkil F.Mehtiyev məhkəmə tərkibinin diqqətinə çatdırmışdı. Q.Məmmədov yuxarıda göstərilən məzmunda çıxışını tamamladıqdan sonra məhkmə iclasına sədrlik edən Q.Məmmədova irad bildirərək sözlərinə diqqət etməsini, məhkəməyə hörmətsizlik etməməsini tələb etdi. Q.Məmmədov hörmətsizliyin nədə ifadə olunduğunu soruşanda isə sədrlik edən “necə yəni nə hörmətsizlik? Siz indicə mənə dələduz dediniz, nə dediniz?” Q.Məmmədov təkrarən “qərəzsiz ” dediyini bildirdi, bunu digər şəxslər də təsdiq edərək qəfəsdə quraşdırılmış mikrafonun çox yuxarıda olduğu üçün belə eşidilə biəcəyini dedilər və bu zalda əyləşənlər arasında gülüş doğurdu. Bu zaman sədrlik edən vəziyyətdən çıxış yolu kimi zalda əyləşmiş şəxslərdən birinin zalı tərk etməsini tələb etməkdə gördü.
Sonra məhkəmə iclası Q.Məmmədovun indiki məhkəmə mərhələdsinədək vermiş olduğu aşağıdakı vəsatətlərin müzakirəsi ilə davam etdi.
1.“Şahid” Hüseynov Rəhbər Qubad oğlunun ifadəsindən sübut kimi istifadə edilməsinin qeyri-mümükün hesab edilməsi bardə,
2.“Şahid” Mansurov İsa Mürsəl oğlunun ifadəsinin yolverilməz sübut kimi sübutlar içərisindən xaric edilməsi barədə,
3.20-ci PB-nin keçmiş rəisi Sahib Babayevin şahid kimi dindirilməsi barədə,
4.50 bəndlik vəsatəti, CPM-nin 311.1, 323.5, 323.6 və 91.5.13-cü maddələrinə uyğun olaraq,
5.Cinayət mühakimə icraatının əsas prinsip və şərtlərinin pozulmasına, son qoyulması barədə,
6.CPM-nin 321.2, 321.2.4-cü maddələrinin tələblərinəəməl edilməsi, müdafiə hüquqlarının tam təmin edilməsi barədə,
7.CPM-nin tələblərinin pozulması barədə,
8.Dərhal azadlığa buraxılma barədə,
9.Əlavə məhkəmə avto-texniki ekspertizasının keçirilməsi barədə,
10.Əlavə şahidlərin dəvət edilməsi barədə,
11.Əlavə şahidlərin dindirilməsi barədə suallar,
12.məliyyat axtarış fəaliyyətinin gedişindəəldə edilmiş materialların sübut növü kimi tələb edilib iş materiallarına əlavə edilməsi barədə,
13.Hadisə yerinə baxış keçirilməsi və məhkəmə eksperimenti keçirilməsi barədə vəsatət,
14.Hadisə yerinə baxış keçirilməsi və yenidən ölçülər aparılması barədə,
15.Həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə,
16.Həbs qətimkan tədbirinin dəyişdirilməsi əvvəlki barədə,
17.İcraatın etibarsız sayılması barədə qərar qəbul etməyə dair vəsatət,
18.Konstitusiya Məhkəməsinə müraciət edilməsi barədə,
19.Məhkəmə baxışından sübut kimi yolverilməz materialların xaric edilməsi barədə,
20.Məhkəmə istintaqının tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək barədə və sədrlik edənin hərəkətlərinə etiraz barədə,
21.Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının təyin edilməsi barədə,
22.Məhkəmə-linqivistik ekspertizasının keçirilməsi barədə,
23.Prokuror və hakimin vicdanlılıq dərəcəsini müəyyənləşdirmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi barədə,
24.Qətimkan tədbirinin ləğv edilməsi barədə vəsatət,
25.Şahidin dəvət edilməsi barədə,
26.Füzuli Şirinovun şahid qismində dindirilməsi barədə,
27.Şahidlərin üzləşdirilməsi barədə vəsatət (Pərviz Xanlar),
28.Şahidlərin üzləşdirilməsi barədə vəsatət (Seymurla İsa Mansurovun),
29.Sübut kimi yolverilməz materialların məhkəmə baxışından xaric edilməsi barədə vəsatət,
30.Sübutların tələb edilməsi barədə 51 və 69 saylı avtobus marşrutlarına dair vəsatət,
31.Sübutların tələb edilməsinə dair,
32. Sxemləri sübut kimi iş materiallarına əlavə etmək,
33. Təhlükəsizlik kameralarının iş materiallarında olan çəkilişlərinə baxış keçirilməsi barədə,
34.Travmatologiya institutunun tibb bacısı Cavadovanın şahid kimi dindirilməsi haqqında,
35.Video çəkilişin göstərilməsi barədə,
36.Əlavəşahidlərin və sübutların tələb edilməsi barədə,
37. Məmmədov Elnur Qurban oğlununəməliyyatı ilə bağlı sübutların tələbi,
38.Elvin hüseynovun dindirilməsi barədə,
39.Hadisə yerinə baxış keçirilməsi və yeni ölçülərin aparılması barədə,
40.Konstitusiya məhkəməsinə müraciətlə bağlı vəsatət,
41.Mansurov İsa Mürsəl oğlu və şahid Abdullayev Seymur Siyasət oğlunun üzləşdirilməsimaterialların elan edilməsi haqqında,
42. Məhkəməavto-texniki ekspertizası təyin edilməsi barədə,
43.Mütəxəssis dəvət edilməsi barədə,
44.Rəhbər Hüseynov haqda əlavə məlumatların tələbi,
45.Sahə müvəkkili Fəxrəddinin şahid qismində dindirilməsi,
şahidlərin üzləşdirilməsi barədə,
46. Təkrar məhkəmə tibbi ekspertizasının keçirilməsi,
47. Təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası barədə,
48. Üzləşmələr keçirilməsi - barədə,
49. Zərərşəkmiş P.Abasovun iştirakı ilə müstəntiq Miraqil Qiyasovun dindirilməsi və üzləçdirilməsi barədə,
50. Əlavə şahidlərin dindirilməsi barədə.
Daha sonra məhkəmə iş vaxtının bitdiyini bildirərək prosesin 08 iyul saat 15:00-a təxirə salındığını elan edildi.






























































































