Milli Demokratiya İnstitunun (MDİ) Bakıdakı fəaliyyətinin rəsmi olaraq dayandırılması ölkə müxalifəti və vətəndaş cəmiyyətləri tərəfindən ciddi narahatlıqla qarşılanıb. Moderator.az-a açıqlama verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı sözügedən institutun bağlanmasının səbəblərinə toxunub:
“MDİ Azərbaycanın daxili siaysətinə qarışmırdı. Daha çox vətəndaş cəmiyyəylərinin dəstəklənməsi istiqamətində addımlar atırdı. Prezident seçkilərindən sonra həm demokratik müxalifətə, həm də vətəndaş cəmiyyətlərinə qarşı təzyiq kampaniyası başladı. Bu kampaniya çərçivəsində hakimiyyət vətəndaş cəmiyyətini ümumiyyətlə sıradan çıxartmaq haqqında düşünür. Son vaxtlar QHT-lərin fəaliyyəti ilə bağlı ciddi təzyiqlər göstərilir. Vətəndaş cəmiyyəti fəalları artıq həbs olunublar. Bu vətəndaş cəmiyyətini sıradan çıxartmağa xidmət edir. MDİ vətəndaş cəmiyyətinin dsətəklənməsi ilə bağlı proqramlar həyata keçridiyi üçün onu sıradan çıxartmaq planlaşdırılırdı. Bu məqsədlə də dövlət rəsmiləri tərəfindən bu yöndə kampaniya aparılırdı. MDİ-nin fəaliyyətinin təftiş edilməsi ilə bağlı fikirlər səslənirdi. Nəticədə, MDİ Azərbaycandakı fəaliyyətini dayandırmalı oldu”.
F.Qəhrəmanlıının qənaətincə, MDİ-nin Bakıda fəaliyyətini dayandırıması Azərbaycanın beynəlxalq imicinə də mənfi təsir göstərəcək:
“Hesab edirəm ki, baş verənlər Azərbaycanın demokratik imicinə zərbədir. Bu həm də ölkədə gedən demokratik proseslərin gedişatına vurulan zərbədir. Düşünürəm ki, bundan sonra vətəndaş cəmiyyətlərinə verilən dəstəyin səviyyəsi daha da aşağı düşəcək. Çünki ölkədə onsuz da vətəndaş cəmiyyətlərinin inkişafına dəstək verən müsəqil təşkilatlar onsuz da yox idi. Sonuncu nümunə MDİ idi, hansı ki, onun da fəaliyətinə son qoyuldu. Bu, hakimiyyətin irticasının güclənməsinin göstəricisidir. Ancaq MDİ-nin fəaliyyətinin dayandırılmasının müxalifətin fəaliyyətinə hər hansı təsiri olmayacaq. Çünki MDİ ilə siyasi müxalifət arasında hər hansı bağlılıq və əməkdaşlıq yox idi”.
Seymur Əliyev
































































































