Azərbaycanda bir sıra hakimlərin vəzifələri dəyişdirilib - SİYAHI

Hazırda oxunan: Azərbaycanda bir sıra hakimlərin vəzifələri dəyişdirilib - SİYAHI

48904
Azərbaycan prezidenti İlham Əliyev bir sıra hakimlərin vəzifələrinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

Moderator.az-ın məlumatına görə, aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar birinci instansiya məhkəmələrinin hakim və sədrləri təyin ediliblər:

 

Abbasov Natiq Mehdi oğlu - Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi və sədri;

 

İbrahimov Zamin Vəliyəddin oğlu- Astara Rayon Məhkəməsinin hakimi və sədri;

 

Quliyev İnşallah Fərrux oğlu - Şəki Rayon Məhkəməsinin hakimi və sədri.

 

Aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib:

 

Nuriyev Mehman Bağış oğlu Şəki Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Şirvan İnzibati-iqtisadi Məhkəməsinin hakimi və sədri təyin edilsin;

 

Abdurəhmanlı İsmayıl Xudaverdi oğlu Astara Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Goranboy Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

 

Hüseynov Fikrət Cilingir oğlu Göygöl Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə İnzibati-iqtisadi məhkəməsinin hakimi təyin edilsin;

 

Rzayev Kamil Allahqulu oğlu Ağstafa Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi təyin edilsin.

 

Aşağıdakı hakimlərin də vəzifələri dəyişdirilib:

 

Nəsirov Vidadi Zahid oğlu Goranboy Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə Hərbi Məhkəməsinin hakimi təyin edilsin;

 

İbrahimov Cavad Cavanşir oğlu Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Ağstafa Rayon Məhkəməsinin hakimi təyin edilsin;

 

Məmmədov Rafiq Rəşid oğlu Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göygöl Rayon Məhkəməsinin hakimi təyin edilsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin