Azərbaycan İran və Rusiya gəmilərini saxlayıb

Hazırda oxunan: Azərbaycan İran və Rusiya gəmilərini saxlayıb

48901
Cari il ərzində Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin gəmiləri, katerləri və sahil nəzarəti məntəqələri tərəfindən 67 gəmi və 220 qayığa baxış keçirilib.

DSX-nin mətbuat mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində rejim qaydalarını pozduğuna görə Azərbaycana məxsus 20, Rusiya Federasiyasına məxsus 2, İran İslam Respublikasına məxsus 2 gəmi, Azərbaycana məxsus 182 qayıq, 307 nəfər heyət üzvü saxlanılıb.

Hesabat dövründə 57 sahibsiz qayıq, 1 milyon 477 min 625 metr müxtəlif çeşidli balıq ovlama toru, 292 min 744 ədəd istifadəsi qadağan olunmuş balıq ovlama qarmaqları aşkar olunaraq götürülüb.






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin