İran Urmiya gölü ilə bağlı qərarını verdi

Hazırda oxunan: İran Urmiya gölü ilə bağlı qərarını verdi

48820

“İran Urmiya gölünün ətraf ərazisinin canlılarını su və yem böhranı ilə qarşılaşmasından qoruyacaq”.

Axar.az xəbər verir ki, bunu İranın Qərbi Azərbaycan vilayətinin ətraf mühit idarəsinin direktor müavini Həmid Rənaqənd deyib.
 Onun sözlərinə görə, helikopter və maşınlardan istifadə edərək canlıları su və yemlə təmin edəcəklər.
 İranın ətraf mühit təşkilatının sədr müavini Şəhrəbanu Əmani Urmiya gölünün bərpası üçün əllərindən gələni etdiklərini və hamının bu sahədə köməyinə ehtiyacları olduğunu bildirib.
 BMT-nin inkişaf proqramının Asiya və Okeaniya üzrə regional bürosunun direktoru, BMT-nin İrandakı nümayəndəsi və İranın müvafiq qurumlarının rəsmiləri bu gün Urmiya gölü və milli parkına baxış keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin