Millət vəkili mənzil soyğunçularından danışdı

Hazırda oxunan: Millət vəkili mənzil soyğunçularından danışdı

48405

“Evi tikib satırlar, sonra da camaatı müxtəlif kommunal xərclər adı altında soyurlar”. Moderator.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçririlən növbədənkənar sessiyasında millət vəkili Mübariz Qurbanlı “Yerli (bələdiyyə) vergilər və ödənişləır haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, kommunal xərclər üçün yığılan məbləğin həddən artıq çox olması ciddi narahatlıq dğoruru və bununla bağlı kifayət qədər şikayətlər daxil olur: 

“Hazırda Azərbaycanda mənzil fondu ya MİS-lərdədir, ya da müxtəlif şirkətlərin əmlakı kimi tanınan, əslində isə vətəndaşlar tərəfindən alınan evlərdədir. MİS-ə ödəmələr bank yolu ilə aparılır və tariflər də çox aşağıdır. Amma son vaxtlar özəl şirkətlərin tikib satdığı evlərin idarə olunması ilə bağlı şikayətlərin sayı artır. Gileylənirlər ki, şirkətlərdən alınan evlərdə kommunal xərclər o qədər yüksəkdir ki, az qala kirayə pulu səviyyəsində xərc çıxır. Bu məsələni həll etməliyik, çox ciddi məsələdir.”

Ziyad Səmədzadəisə hesab edir ki, respublikada mənzil kommunal təsərrüfatında ciddi islahatlar aparılmalıdır:

 “Bu işlərin hansı səviyyədə olması haqda çoxlu məlumatlar var. Sakinlərin boynuna düşür. Şirkət 5-6 binanın bir idrəedici strukturu yaradır. Amma onlar da kifayət qədər əsaslı olmyan vergi adıyla xeyli vəsait toplayırlar. Araşdırma aparmaq lazımdır.”

Qüdrət Həsənquliyev də bu məslə ilə bağlı öz narahatçılığını ifadə edərərk bildirdi ki, evi tikib satırlar, sonra da soyğunçuluqla məşğul olurlar:

“Bəzən hər kv-meçtr üçün 1 manat alırlar. Tədbirlər görülməlidir. Çoxmərtəbli binalarda yaşayanlar, fərdi evləri yüksək rəqəmlərin təyin olunması düzgün deyil.”

Millət vəkili onu da bildirdi ki, Bakı kəndlərində, qəsəbələrdə, “Sovetski”, “Papanin” deyilən ərazilərdə yaşayan insanların da əhalinin sosial baxımdan nisbətən aztəminatlı hissəsi yaşayır və bunu aşağı salmaq lazımdır. Arif Rəhimzadə isə çıxışında bildirdi ki, “Xutor” və buna bənzər ərazilərdə kv.metri 40 qəpik yox, 28 qəpik, mərkəzdə isə 60 qəpik ola bilər: “Mənzil Məcəlləsinə görə, evlərin xidməti heç kəsə həvalə olunmayıb. O ərazilərdə, evlərdə yaşayan insanlar özlərini idarəedəcək qurumu müəyyənləşdirə bilər. Bu, həmin binalarda yaşayan sakinlər heç bir ictimai fəllıq göstərmir. Ona görə də tikinti şirkətləri özləri bu işlə məşğul olurlar. Vətəndaşlar bir az fəal olsalar həmin şirklətin xidmətindən intina edib, ayrı quruma həvalə edə bilərlər. Bu məslədə yalnız insanların fəallığına ehtiyac var.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin