“Rusiya üçün Qəbələ RLS-i məsələsi artıq qapalı mövzudur”. Bunu Moderator.az-a açıqlamasında Yakutiya Ali Şurasının üzvü, Rusiya Dumasının deputatı İrina Radinanın köməkçisi, Rafiq Qafarov Rusiya Federasiyasının baş nazirinin müavini Dmitriy Roqozinin Azərbaycana gözlənilən səfərinin Qəbələ RLS-i ilə bağlı olub-olmamasından danışarkən qeyd edib:
“Rusiya artıq qəbələni tərk etdi. Orada hər şey artıq sınıb və dağılıb. Həm də Rusiya Qəbələ RLS-indən daha böyük RLS tikib. Ona görə də, Qəbələ RLS-i bu dəqiqə Rusiyaya lazım deyil. Lakin buna baxmayaraq, Rusiya və Azərbaycan strateji əməkdaşdır”.



























































































