Öz ölümünü çəkən jurnalist

Hazırda oxunan: Öz ölümünü çəkən jurnalist

48037
Onu adətən belə xarakterizə edirlər. Özü öz ölümünü çəkən jurnalist. Bu tale, bu xoşbəxtlik hər jurnalistə müyəssər olmur. Çingiz isə bu xoşbəxt taleni yaşadı. Özü öz ölümünü çəkdi. Amma ondan qabaq nələr, nələr çəkməmişdi?.. 

Qarabağda müharibə başlayandan kamerası çiynində səngərdəydi. 

Hərdən düşünürəm ki, o, cəbhəyə həkim kimi də gedə bilərdi. Çünki ixtisasca həkim idi. Amma Çingiz cəbhəyə jurnalist kiim getdi. Üç-beş əsgərin yarasını sarımaq çətin iş deyildi. Çingiz isə millətin yarasına məlhəm olmağı vacib saydı. Yarası qan verən Azərbaycan üçün əlindən gələni etməyə çalışdı. Bəlkə də "su səhəngi suda sınar" məsələni səndən də, məndən də yaxşı bilirdi. Yəni, ölüm aqibətini ola bilməzdi ki, göz altına almasın. Amma bu da onu çatmaq istədiyi hədəfdən yayındıra bilməzdi. O, Azərbaycanı qansız-qadasız, bir qarış da torpağı işğal olunmamış, sərhədləri daxilində görmək istəyirdi. Onun bəzən sərhədləri aşan davranışları da, məsələlərə bir jurnalistdən daha çox məmur kimi yanaşması da bu istəkdən qaynaqlanırdı. Bu keyfiyyət isə hər bir insanda, hər bir jurnalistdə olmur. Bəli, o keyfiyyətli insan, keyfiyyətli də jurnalist idi. Jurnalistikamızın böhran keçirdiyi bu günkü gündə mən bunu əminliklə deyirəm. 

Çingiz jurnalistikaya heç vaxt vəzifə tramplini kimi baxmadı. İstəsəydi, vəzifə adamı ola bilərdi, amma o, qələmin vəzifəsini birinci saydı, cəbhə xəttində özü öz ölümünü lentə ala bilmək ehtimalından qorxmayaraq bu yolu seçdi. Ölüm də təbii ki, onu seçəcəkdi.

"Çingiz biz jurnailstlər üçün bir nümunə qoyub getdi. Mən Çingizi həm də Azərbaycanın Mübariz oğulları üçün nümunə sayıram. Zənnimcə, o, olmasaydı, mübarizlər, fəridlər də olmayacaqdı. Yerin behiştlik olsun, qardaş. Sən ölümünlə ölməzlik qazandın, görək biz nə qazanacağiq?".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin