Penitensiar xidmətdən məhbusların müraciətinə - Cavab

Hazırda oxunan: Penitensiar xidmətdən məhbusların müraciətinə - Cavab

47552
“Özünü “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Birliyi adlandıran ictiami qurum heç bir qeydiyyatdan keçməyib. Vaxtaşırı düzgün, əsassız olmayan məlumatlarla məhkumların adından çıxış ediblər. İlkin araşdırmaya görə, adları göstərilən iki nəfər ümumiyyətlə cəzaçəkmə yerində olmayıb. Ona görə də bildiririk ki, bu, anonim cəfəngiyatdan ibarət bir müraciətdir. Belə hallara dəfələrlə cavab verilib”. 


Bunu Moderrn.az-a açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansının yaydığı bəyanata münasibət bildirikən deyib.

Adı çəkilən alyansa iyunun 6-da 12 saylı cəzaçəkmə müəssisəsində saxlanan bir qrup məhbus adından prezident İlham Əliyev başda olmaqla, bir sıra vəzifəli şəxslərə müraciət göndərib.

Müraciətdə cəzaçəkmə müəssisəsinin rəisi Rauf Məmmədova, onun müavini Qaçay Aslanova və başqalarına ciddi ittihamlar irəli sürülür. Məhbuslar bildirirlər ki, dustaqxanada korrupsiya, özbaşınalıq, işgəncə, narkotik maddə satışı baş alıb gedir. İmkanlı məhbuslara əlavə şərait yaradılıb, imkansızlarsa alçaldılır:

Amma Pentensiar xidmətin rəsmisi Yaşar İsakov bildirib ki, dünən yayılan müraciətdən sonra siyahıda adları olan məhkumların xidmət rəhbərliyinə müraciəti daxil olub. 

“Müraciət Orucov Arzu, Baxşıyev Tofiq , Cabbarov tərəfindən olub. Onlar qəti şəkildə bildirirlər ki, belə bir müraciət etməyiblər. Hətta orada adı qeyd olunan məhkum Əliyev Tərlan ümumiyyətlə cəzaçəkmə müəssisəsində yoxdur. Məhkumlar xidmət rəhbərliyinə müraciət ediblər ki, “bizim və məhkum yoldaşlarımızın adından internet saytlarda dərc olunmuş yazılı müraciətin kim tərəfindən yazıldığını aydınlaşdırmaqdan ötrü köməklik göstərəsiniz””.

Yaşar İsakov həmçinin vərəmli xəstələr məsələsinə də aydınlıq gətirib: “Orada göstərilir ki, müəssisədə 700 vərəmli məhkum var. Vərəmə qarşı mübarizədə Azərbaycan təcrübəsi bu gün dünyada bir modeldir. Bunu biz demirik. Beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinin rəsmi mövqeyidir. Bütün bunlar tam absurddur. Bu rəqəmdən görünür ki, müraciətdə yazılanlar başdan-ayağa cəfəngiyatdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin