Son vaxtlar cəbhə xəttində atəşkəsin müntəzəm surətdə pozulması, bəzi hallarda isə proseslərin lokal hərbi əməliyyatlar səviyyəsinə yüksəlməsi Azərbaycan və eləcə də dünya ictimaiyyəti tərəfindən narahatlıqla müşahidə edilməkdədir. Rusiyanın başının Ukrayna probleminə qarışdığı və Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Azərbaycan Silahlı Qüvvələrinin üstünlüyünü etiraf etdiyi bir zamanda ermənilərin Azərbaycan ordusunu aşkar təxribata çəkməsi məntiqi baxımdan o qədər də anlaşılmır. Ən azından ona görə ki, Ermənistanın Rusiyanın hərbi-siyasi himayəsi olmadan Azərbaycan qarşısında davam gətirməyəcəyi hər kəsə, eləcə də Ermənistan rəhbərliyinə bəllidir. S.Ohanyanın Azərbaycan ordusunun döyüş hazırlığı və texniki təchizatı ilə bağlı səsləndirdiyi son fikirlər də bu həqiqətin təsdiqi hesab edilə bilər. Lakin bu gün Rusiyanın özü Ukrayna ərazisinin ayrılmaz tərkib hissəsi olan Krımı ilhaq etməsi səbəbi ilə beynəlxalq ictimaiyyətin ciddi təzyiqinə məruz qalmaqdadır ki, bu da Kremlin rəsmi Yerevana dəstəyini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu isə o deməkdir ki, əvvəlki illərdən fərqli olaraq, Ermənistan Rusiyanın əhəmiyyətli dəstəyinə ümid edə bilməz. Rusiyanın Qarabağ savaşında Ermənistana verəcəyi hərbi dəstək onu növbəti dəfə dünya birliyinin qınaq hədəfinə çevirə bilər ki, bu da Rusiya üçün yeni və daha kəskin sanksiyalar, iqtisadi-siyasi izolyasiyalar deməkdir.
“Ermənistanın vəziyyəti ürəkaçan deyil”
Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov da hesab edir ki, bu gün həm Ermənistan ordusu, həm də erməni siyasi hakimiyyəti özünün ən ağrılı dövrünü yaşayır:
“Əslində hesab etmirəm ki, ermənilərin cəbhə xətytində həyata keçirdiyi təxribatların arxasında onların özlərinə inam hissi dayansın. Çünki reallıq bundan barətdir ki, bu gün ermənilərin özü də çox çətin vəziyyətdədirlər. Onların vəziyyəti o qədər də ürəkaçan deyil. Bu gün Ermənistan prezidenti əsgər analarını sakitləşdirmək üçün onlrın qarşısına çıxır, cəmiyyəti sakitləşdirmək üçün bütün imkanlardan yararlanmaq istəyir. Füzuli bölgəsində baş verən son hadisədən sonra Ermənistanın müdafiə naziir Seyran Ohanyan qospitalları gəzərək xəsarət alan əsgərlərə baş çəkdi. Azərbaycandan fərqli olaraq Ermənistan cəmiyyətində baş verənlərə çox sərt reaksiya var”.
“Ermənistanın hansısa irimiqyaslı əməliyyatlara başlaması mümkün deyl”
Ekspertin qənaətincə, atəşkəs rejiminin pozulması Ermənistan üçün o qədər də arzuedilən deyil. Rusiyanın Ukrayna bataqlığında ilişib qaldığını və genişmiqyaslı sanksiyalardan əziyyət çəkdiyinə diqqət çəkəb ekspert, belə bir məqamda başlayacaq yeni bir savaşaın Yerevana uğur vəd etmədiyi qənaətindədir:
“Atəşkəs rejiminin pozulması indiki məqamda Ermənistana o qədər də sərf etmir. Çünki bu gün Ermənistanın havadarlarının başı özlərinə qarışıb. Ukraynada baş verən hadisələr Rusiyanın əsas diqqətini bu bölgəyə yönəldib. Biz bəzən düşünsürük ki, Rusiya böyük bir dövlət kimi çox məsələyə nəzarət edir. Amma reaalıq bundan ibarətdir ki, Ukraynada baş verən proseslər Rusiyanın hansı çətinliklərlə üzləşməsindən xəbər verir. Krımla bağlı yaşanan eyforiya Luqans və digər yerlərdə müşahidə olunmur”.
Ekspertin fikrincə, bu gün başlayacvaq hər hansı bir əməliyyat Ermənistan üçün fəlakətlə nəticələnə bilər:
“Indiki məqmda Ermənistanın hansısa irimiqyaslı əməliyyatlara başlaması mümkün deylil. Bu ermənistan üçün faciə ilə nəticələnə bilər”.
“Azərbaycan sərt tələblər irəli sürməlidir”
Ü.Cəfərovun qənaətincə, Azərbaycan tərəfi işğaldakı torpaqların azadlığına nail olmaq üçün Ermənistanla sərt dildə danışmalı, bu məsələdə nə dərəcədə ciddi olduğunu daha aydın formada ortaya qoymalıdır:
“Ölkə mətbuatında Azərbaycanın Ermənistana 15 gün vaxt verməsi ilə bağlı xəbərlər yer almaqdadır. Bütün dünyanın dəstəklədiyi anti-terror əməliyyatına Azərbaycan çox asanlıqla öz ərazisində start verə bilər. Bildiyiniz kimi bu qəbildən olan əməliyyatlar ABŞ və NATO tərəfindən də dəstəklənir. Doğrudur, bu gün havalar belə bir əməliyyat üçün bir qədər əlverişsizdir. Yəni iyul-avqust ayları aktiv hərbi əməliyyatlar üçün o qədər də müvafiq vaxt sayılmır. Lakin hesab edirəm ki, Azərbaycan düşmənə işğaldakı torpaqlardan çəkilməklə bağlı vaxt qoymalıdır. Çünki bizim başqa yolumuz yoxdur. Ərazi bütövlüyümüzü bərpa etmək üçün biz bir qədər sərt tələblər irəli sürməliyik. Lakin təəsüflər olsun ki, hazırkı dönəmdə biz sərt ifadələrə, bu cür sərt tələblərə rast gəlmirik”.
“Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün gözəl imkana sahibdir”
Ekspertin sözlərinə görə, bu gün Azərbaycan işğaldakı torpaqları azad etmək üçün yaxşı fürsətə malikdir. Lakin bu fürsətdən rəsmi Bakının nə dərəcədə istifadə edib-etməyəcəyi bəlli deyil:
“Hesab edirəm ki, ərazi bütövlüyümüzü bərpa etmək üçün Ermənistanla bir qədər fərqli dildə danışmalıyıq. Elə danışmalıyıq ki, Ermənistan bu danışıq və xəbərdarlıqdan nəticə çıxartmalıdır. Anlamalıdır ki, işğaldakı əraziləri daha 20 il əlində saxlaya bilməz. Zənnimcə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün gözəl bir imkana sahibdir. Lakin rəsmi Bakının bu imkandan istifadə edib-etməyəcəyi məlum deyil”.
Seymur Əliyev






























































































