Hüquq müdafiəçisi Vidadi İsgəndərli bu gün Daxili İşlər Nazirliyndə qəbul olunub və terrorla təhdid edilməsiylə bağlı onunla söhbət aparılıb. Görüş sonrası V. İsgəndərli Moderator.az-a aşağıdakı məzmunda yazı göndərib:
"Mən dəhşətə gəlirəm, jurnalistlər mənə sual verir, mənsə dəqiqliyi ilə cavab verirəm. Sonra baxıram xəbərləri hərə öz istədiyi kimi məlumatı verir.Bu gün mən açlıq edəcəkdim.Dünən DİN- in rəhbərliyi mənə zəng vuraraq aclıq etməməyi xahiş etdilər. Eyni zamanda DİN -in rəhbərliyinin mənimlə bu gün, yəni 6 iyun 2014-cü ildə görüşmək istədiklərini bildirdilər. Mən bu gün DİN -ə görüşə getdim. Məni DİN İstintaq və Təhqiqata Baş İdarəsini rəisi qeneral Sərvər Mehrəliyev və onun müavini, polkovnik Habil Alışanov qəbul etdi. Mən etiraz etdim və daxili işlər naziri Ramil Usubovla görüş tələb etdim. Cənab Mehrəliyev məlumat verdi ki, Sizə qarşı sui-qəsd,terrorla hədələmə DİN -in İstintaq İdarəsinin icraatına qəbul edilib. Əgər nəticədən narazı qalsanız, nazirlə görüşə bilərsiniz. 2 saata yaxın görüş oldu. Mən materialları İstintaq İdarəsinə təqdim etdim. Məni əmin etdilər ki,qanuni tədbir görüləcək. Mən DİN -in rəhbərliyinə bildirdim ki,əgər burada da (DİN) terrorcuların himayədarları tapılsa, respublikanın imici üçün daha ağır zərbə vurulacaq. Mən Azərbaycanın bütün dünyada terrorçuları müdafiə edən bir ölkə olduğunu bəyan edəcəm. DİN -in məsul işçiləri əmin etdi ki, hər şey qanun çərçivəsində həll olunacaq. Mən də ümidvar olduğumu bildirərək DİN-i tərk etdim və çıxanda dedim ki, 8 aydı dözləyirdim, 7 gün də gözləyərəm.
Ən dəhşətlisi odur ki,Göyçay RPİ -nin rəisi heç bir yoxlama aparmadan terrorcu barədə qanunsuz olaraq cinayət işinin başlanmasının rədd edilməsiylə bağlı qərar qəbul edərək, terrorçunu 20 manat çərimə etmiş, çəriməni də öz cibindən ödəmişdi.Görəsən səbəb nədi? Səbəb Mənsur və Ziya Məmmədovlardı. Görək sonuncular DİN -ə necə təsir edəcək, yaxud edə biləcəkmi? Məlumat ücün qeyd edim ki, nazirlikdə mənə Göyçaydayı girdirmə xitam işinin də nazirliyə gətirildiyi deyildi. Və cinayət işinin başlanmasının rədd edilməsi qərarı qanunsuz olduğu üçün ləğv edilərək işə əlavə olunub.”






























































































