Xalq Arzusu Hərəkatının lideri Asəf Quliyev də Sərdar bəyi təbrik etmək üçün Moderator.az-a üz tutub. Onun təbrik məktubunda deyilir:
"Son vaxtlar Milli Azadlıq Hərəkatının adını yeri gəldi-gəlmədi hallandıraraq onu xeyli ucuzlaşdırıblar. Halbuki sovetlərin çöküşündə müstəsna xidmətləri olan hadisələrdən biri də Azərbaycanda başladılmış hərəkat idi və həmin hərəkatın barmaqla sayılan liderlərindən olub. Sərdar bəy geniş diapazona malik, dərin bilikli, unikal fəlsəfi düşüncəli siyasət adamıdır. O bu millətin azsaylı ideya generatorlarından biridir. İnşallah Sərdar bəyin arzuladığı, yolunda can qoyduğu, şüurlu şəkildə hər cür məhrumiyyətlərinə sinə gərdiyi Azərbaycanda yaşayacağımız gün də gələcək. O zaman onun uzaqgörənliyi hörmətlə və fəxarətlə xatırlanacaq. Bir daha millətimizin aydınlarından olan Sərdar bəyi yubileyi münasibətilə ürəkdən təbrik edirəm."































































































