Moderator.az “Paralel” qəzetinin baş redaktor müavini, iqtisadçı ekspert Akif Nəsirlinin qardaşının itkin düşməsi haqqında dünən məlumat vermişdi. Bu gün isə bəzi saytlarda Akif Nəsirlinin qardaşının Suriyaya gedərək oradakı qanunsuz silahlı birləşmələrə daxil olması ilə bağlı xəbərlər yayılıb.
Bununla bağlı Moderator.az-a açıqlama verən A.Nəsirli deyilənlərin həqiqət olmadığını vurğulayıb. A.Nəsirli qeyd edib ki, bu, hələlik sadəcə ehtimaldır və o, bu ehtimalın reallığına inanmır:
“ Habelə, bu gün DİN-dən məlumat almışam ki, o ölkədən çıxmayıb. Onu mayın
30-da qiyafətinə görə, Gürcüstan sərhəddində saxlayıb geri qaytarıblar”.



































































































