Moderator.az
xəbər verir ki, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının növbəti
iclası keçirilib. İclasda siyasi məhbuslarla bağlı son durum, qanunsuz həbslər
və məhkəmə hökmləri, Alyansın qarşısında duran vəzifələr, yaxın dövr üçün
görüləcək işlər və digər məsələlər müzakirə olunub.
İclasda son zamanlar həyata keçirilən qanunsuz həbslər-
jurnalist Rauf Mirəqdirovun, hüquq müdafiəçisi Emil Məmmədovun, gənc fəal Orxan
Əyyubzadənin həbsi, eləcə də jurnalist Pərviz Həşimli, gənc bloqqer
Əbdül Əbilov, SMDT nümayəndələri Anar Məmmədli, Bəşir Süleymanlı və
digərləri haqqında absurd məhkəmə hökmünün
çıxarılması kəskin pislənilib.
İclasda 28 may- Cumhuriyyət bayramı ərəfəsində dövlət
başçısı tərəfindən imzalanan əhf fərmanının siyasi məhbuslara şamil edilməməsi
və cəmiyyəti aldatmağa yönəldildiyi pislənilib. Qeyd olunub ki, immitasiya
xarakteri daşıyan bu cür fərmanların ümumiyyətlə siyasi məhbuslara aid edilməsi
və hakimiyyət tərəfindən beynəlxalq təşkilatlarla bazarlıq obyektinə çevrilməsi
yol verilməzdir. Bütün siyasi məhbusların dərhal, qeyd- şərtsiz azadlığa
buraxılmalıdır.
İclasda qərara alınıb ki, 04 iyun 2014- cü il tarixdə "Azərbaycanda siyasi məhbus
problemi; mövcud durum və reallıqlar" mövzusunda toplantı
keçirilsin.
Toplantıda həmçinin qərara alınıb ki, iyun ayı ərzində
“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı tərəfindən Azərbaycanda siyasi
məhbus probleminə dair növbəti hesabat hazırlansın.
































































































