AVP İsmayıllıda yeni ofis açdı

Hazırda oxunan: AVP İsmayıllıda yeni ofis açdı

46824

Moderator.az xəbər verir ki, Ana Vətən Partiyası  İsmayıllı  rayon təşkilatının ofisinin açılışı olmuşdur. Açılışda AVP Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı, Gənclər təşkilatının sədri Mikayıl İbrahimov və İsmayıllı rayon təşkilatının bir qrup fəalı iştirak etmişdir. 

Elçin Ağamalı çıxışında İsmayıllı rayon təşkilatının ofisinin açılışının partiya həyatında mühüm hadisə olduğunu və rayon təşkilatının fəaliyyətində əhəmiyyətli dərəcədə müsbət rol oynayacağını bildirdi. E.Ağamalı həmçinin, partiyanın qarşısında duran vəzifələrdən, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqdan danışdı və Anavətənçiləri bələdiyyə seçkilərində aktiv şəkildə iştirak etməyə çağırdı.

 Mikayıl İbrahimov da çıxışı zamanı partiya sıralarına gənclərin cəlb olunmasının, sosial şəbəkələrdə təbliğat işinin daha da gücləndirilməsinın vacib amil olduğunu bildirdi. Eyni zamanda AVP İsmayıllı rayon təşkilatının sədri, Şahməmməd Dağlaroğlu,  sədr müavini Bəhrəm       Əzizov və  Qadınlar Şurasının sədri Çinarə Bəhərçinli çıxış edərək partiya fəallarını ofisin açılışı münasibətilə təbrik etdilər. Tədbir çərçivəsində Şahməmməd Dağlaroğluna, Bəhrəm Əzizov, Çinarə Bəhərçinliyə, Valeh Əliyevə, Elxan Qəniyevə səmərəli partiya fəaliyyətlərinə görə xatirə hədiyyələri təqdim edildi.

 

Tədbirin Sonunda isə Ana Vətən Partiyası  İsmayıllı rayon təşkilatının sədri, “İsmayıllı xəbərləri"  qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-jurnalist Şahməmməd  Dağlaroğlu son “Cinaz bulağı ”  kitabının nüsxələrini  tədbir iştirakçılarına hədiyyə etdi.

 



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin