Aqşin Yeniseyin həkimi danışdı: "Ağır xəstədir"

Hazırda oxunan: Aqşin Yeniseyin həkimi danışdı: "Ağır xəstədir"

46706
“Aqşinin vəziyyəti çox pisdir. O, ağır xəstədir. Onda müayinə zamanı alkoqol mənşəli hepatit aşkarlandı. Qarnına su yığılıb. Onda həm qaraciyər serozu var, həm də sarılıq xəstəliyi...”
Bunu AzNews.az-a açıqlamasında şair Aqşin Yeniseyi müalicə edən Kilinik Tibbi Mərkəzin həkimi Tofiq Süleymanov deyib. Onun sözlərinə görə, A.Yeniseylə bağlı hələlik ümidverici söz demək çəıtindir: “Tibbdə bu çox ağır xəstəlik hesab edilir. Ümid edək ki, yaxşılaşar”.
Həkim əlavə edib ki, onun xarici ölkələrdə müalicəsi mümkün ola bilər: “Türkiyə, İranda bu xəstəliklə bağlı ixtisaslaşmış xəstəxanalar var. İmkan olarsa, onun qaraciyərini də dəyişmək lazımdır. Amma bu, ağır prosesdir. Həm də indiki halda Aqşini Bakıdan çıxarmaq olmaz. Onun rəngi sapsarıdır... O, hər an komaya düşə bilər. Biz bunun qarşısını almağa çalışırıq. Yenə deyirəm, o, ağır xəstədir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin