Modern.az saytı xəbər verir ki, mayın 21-də bu kampaniyaya qoşulan Milli Məclis deputatlarının sayı bir nəfər də artıb. Belə ki, deputat Xanhüseyn Kazımlı xeyriyyə aksiyasına 500 manat yardım edib.
Bununla da kampaniyaya qoşulan azərbaycanlı millət vəkillərinin sayı 17-yə çatıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyətindən bildirilib ki, dünən 006 saylı ödəniş tapşırığı ilə Türk Kızılayının Zıraat Bankındakı müvafiq hesabına Azərbaycandan 13000 USD/10197 AZN vəsait köçürülüb.





























































































