DİN-dən internatda döyülən uşaqla bağlı daha bir - Açıqlama

Hazırda oxunan: DİN-dən internatda döyülən uşaqla bağlı daha bir - Açıqlama

46543
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində 7 yaşlı uşağın xəsarət alması ilə bağlı yayılan məlumatı Nahid Cavadov özü təsdiqləyib. 


Dünən sosial şəbəkələrdə yayımlanan kadrlarda II sinif şagirdi məktəbin direktoru Afaq müəllimə tərəfindən döyüldüyünü deyib.

“Qafqazinfo” yenidən Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə ilə əlaqə saxlayıb. O. Mansurzadə internatda baş verən hadisə ilə bağlı bölmədə araşdırma getdiyini deyib: “Həmin açıqlama ilkin araşdırmanın nəticəsi idi. Biz Təhsil Nazirliyi ilə birgə belə bir açıqlama yaymışdıq.  Amma təhqiqat davam edir. Təhqiqatın nəticəsində hadisənin necə baş verdiyi aydınlaşacaq”.

Qeyd edək ki, həmin hadisədən sonra DİN və Təhsil Nazirliyin yaydığı açıqlamada həmin şagirdin yıxılaraq zədə alması qeyd olunmuşdu.

Dünəndən sosial şəbəkələrdə geniş müzakirələrə və etiraza səbəb olan 7 yaşlı Nahidin görüntülərini bir daha təqdim edirik:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin