Novella Cəfəroğlu: “Ümid edirik ki, Əli İnsanovun əfv olunacaq”

Hazırda oxunan: Novella Cəfəroğlu: “Ümid edirik ki, Əli İnsanovun əfv olunacaq”

46447

“Biz ümid edirik ki, Əli İnsanovun əfv ediləcək”. Bunu Moderator.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəoğlu bildirib. Onun sözlərinə görə, hüquq müdafiəçiləri Əli İnsanovun əfvi ilə bağlı prezidentin hümanistliyinə inanırlar: 

“Biz prezidentin hümanistliyinə inanırıq. Ümid edirik ki, neçə illər onun atasına yaxın olan və xidmət edən həkimi prezident buraxacaq”.

Novella Cəfəroğlu NİDA-çıların əfvi ilə bağlı da danışdı:

“Bəli bizim əfv üçün müraciət etdiyimiz siyahıda, NİDA-çıların, Tofiq Yaqublunun, Yadigarın, Hilalın və bütün jurnalistlərin hamısının adı var”.

Hüquq müdafiəçisinin sözlərinə görə, bu məhbusların əff edilməsi Azərbaycanın Avropa Şurasının Nazilər Komitəsinə sədrliyi dönəmində vacib rol oynayır:

 “Bu məhbuslar azad olunarsa, Avropa Şurasında Azərbaycanın 500 000 qaçqın və məcburi köçkünün olması məsələsini qaldıra bilərik. Onların haqqları pozulub. Bu məsələni biz qaldırmalıyıq. Amma bunun üçün məhbusların əfv edilməsi lazımdır ki, biz orada hüquqları pozulmuş qaçqın və məcburi köçkünlərimizdən danışa bilək”.

Qeyd edək ki, may ayının 28-də Azərbaycan Respublikasının prezidentinin əfv fərmanı imzalayacağı gözlənilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin