Polkovnik Rauf Kişiyev hədəfdə! Zabitlər cəbhə xəttinə göndərildi

Hazırda oxunan: Polkovnik Rauf Kişiyev hədəfdə! Zabitlər cəbhə xəttinə göndərildi

46257
Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi polkovnik Rauf Kişiyevin tabeçiliyində çalışan 20-yə yaxın zabit cəbhə xəttində yerləşən hərbi hissələrə ezam olunub. Bu barədə Müdafiə Nazirliyindəki mənbədən “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə məlumat verilib. Səfər Əbiyev dövründə “isti kabinet”lərində istirahət etməyə öyrəşmiş, Bakı və Bakıətrafı müxtəlif hərbi hissələrdə xidmət edən zabitləri öz qanunsuz hərəkətləri ilə incidən, xüsusilə də məhkəmə proseslərində ədalətsiz davranan bu zabitlərin “iş” qaydalarının müdafiə naziri Zakir Həsənov tərəfindən bəyənilmədiyi deyilir.

“Doktrina” JHAM-a verilən məlumata görə, Zakir Həsənov həmin zabitlərin cəbhə xəttində yerləşən hərbi hissələrdə nizam-intizam qaydalarının möhkəmləndirilməsi istiqamətində çalışmalarına dair göstəriş verib.

Digər məlumata görə, yaxın aylarda Hüquq İdarəsinin tərkibi Rauf Kişiyev başda olmaqla tam yenilənəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin