Aslan İsmayılov, Martin Nimöller və Azərbaycan reallığı

Hazırda oxunan: Aslan İsmayılov, Martin Nimöller və Azərbaycan reallığı

46249

Moderator.az xəbər verir ki, hüquqşünas Aslan İsmayılov facebook səhifəsində maraqlı status paylaşıb. Statusda deyilir:

“Rasim Məmmədovun qoçu dəstələri Zülfüqarlıların əmlaklarını əllərindən alanda hamı susdu, o cümlədən bu gün halal əməyi ilə tikdirdiyi zavodu əlindən alınan, keçmiş millət vəkili Nazim Məmmədov. Sonra onlarla sahibkarın əmlakları da Rasim Məmmədovun qoçuları tərəfindən zorla əllərindən alındı, yenə hamı susdu. Bu gün vaxtilə hakimiyyətdə təmsil olunmuş Nazim Məmmədovun əmlakı əlindən alınır, yenə də hamı susur. Ən dəhşətlisi də odur ki, bütün bu cinayətlərdə ən aktiv şəkildə iştirak edən, bizim canımızı və malımızı qoruyacaq Azərbaycan polisidir - //www.azadliq.org/content/daxili-i%C5%9Fl%C9%99r-naziri-ramil-usubova/25387117.html

Əminəm ki, belə davam etsə tezliklə, bu gün seyr edənlər, vəzifə borclarını cinayətkarcasına yerinə yetirməyən, hakimiyyət təmsilçilərinin də əmlakları əllərindən zorla alınacaq.

Artıq bu qanunsuzluqdur, ədalətsizlikdir, vicdansızlıqdır demirəm. Bu Azərbaycan dövləti üçün rüsvayçılıqdır!

P.S. Bu yerdə Almaniyada Nasizmə qarşı mübarizəsi ilə tanınan Martin Nimöllerin sözləri yadıma düşdü: Nasistlər kommunistlərin dalınca gələndə, mən susdum, çünki mən kommunist deyildim. Onlar sosial-demokratları içəri atanda, mən susdum, çünki mən sosial-demokrat deyildim. Sonra onlar həmkarlar ittifaqlarının nümayəndələri üçün gəldilər, mən heç nə demədim, çünki həmkarlar ittifaqının üzvü deyildim. Sonra onlar yəhudilərin dalınca gəldilər, mən heç nə demədim, çünki mən yəhudi deyildim. Onlar mənim dalımca gələndə, buna etiraz edəcək heç kim qalmamışdı”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin