“Elbrus Orucovun Əməliyyat Baş İdarəsinə rəis təyin olunması xalqa xəyanətdir”

Hazırda oxunan: “Elbrus Orucovun Əməliyyat Baş İdarəsinə rəis təyin olunması xalqa xəyanətdir”

46205

General-mayor Elbrus Orucovun Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinə rəis təyin olunması hərbi mütəxəssislər tərəfindən birmənalı qarşılanmayıb. Baş verənlərlə bağlı Moderator.az-a açıqlama verən sabiq müdafiə naziri Rəhim Qazıyev bu təyinatın Azərbaycan ordusuna yaxşı heç nə vəd etmədiyini vurğulayıb:

“Elbrus Orucovun Əməliyyat Baş İdarəsinə rəis təyin olunması Azərbaycan SQ-nə, Azərbaycan xalqına qarşı xəyanətdir. Nəzərə almaq lazımdır ki, Əməliyyat Baş İdarəsi Baş Qərargahın beyni hesab olunur. Nəcməddin Sadıqov bu posta E.Orucov kimi bir şəxsi gətirməklə Azərbaycan ordusunun olan-qalan etibarını da məhv etmək istəyir. Bununla bağlı Azərbaycan xalqına, xüsusən də bir milyondan çox məcburi köçkünlərə müraciət edirəm. Mən istəyirəm ki, onlar ayağa qalxsınlar və işğal olunmuş rayonlarla bağlı cinayət işlərinin təzələnməsinə nail olsunlar. O zaman bu gün general paqonu daşıyan bir çox insanın əslində cinayətkar olduğu üzə çıxacaq. Qoy bu məhkəmələr açıq keçirilsin. Media, vətəndaş cəmiyyətinin nümayəndələrinin bu məhkəmədə iştirakı təmin edilsin.

Mən xahiş edirəm ki, E.Orucovla bağlı isatintaq materiallarına diqqət yetirilsin. Mən söz verirəm ki, həmin materialları Moderator.az-a təqdim edəcəm. O materiallarda Şuşanın işğalı zamanı ordu rəhbərliyinin, orada döyüşən batalyon konadirlərinin hamısının E.Orucov haqqındakı ifadələri yer alıb. Bu ifadələrin hamısında onun törətdiyi cinayətlər və Şuşanın verilməsindəki "xidməti" appaçıq görünür.Onun rəhbərliyin əmri olmadan Şuşanı tərk etməsi və bunun ardınca polkovnik-leytenant olan bu şəxsin general paqonu alması çox şeydən xəbər verir”.

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin