Fransalı jurnalistlər Bakıda zorakılığa məruz qalıb

Hazırda oxunan: Fransalı jurnalistlər Bakıda zorakılığa məruz qalıb

46138
Fransa prezidenti Fransua Olandın Bakıya rəsmi səfərini (11-12 may) işıqlandıran jurnalistlər Loran Riçard və Emmanuel Baç mayın 14-də Azərbaycan paytaxtının hava limanında saxlanıblar. Rəsmi nümayəndə heyətinə daxil olan jurnalistlər Bakıda daha iki gün qalandan sonra gedirmişlər. “Azadlıq” radiosunun məlumatına görə, onları 15 nəfər saxlayıb, çəkiliş avadanlığı və materialları, yaddaş kartlarını alından sonra məcburən təyyarəyə mindiriblər.
Loran Riçard Rusiya paytaxtı Moskvaya çatandan sonra “Azadlıq” radiosunun  müxbirinə olanları belə nəql edib: “Onlar bizim çəkdiyimiz görüntüləri götürdükləri üçün getməkdən imtina etdik. Amma güc tətbiq edərək bizi təyyarənin içinə itələdilər. Mən qəti şəkildə dedim ki, Fransa səfirliyinə zəng etmək istəyirəm, amma onlar məni telefondan istifadə etməyə qoymadılar”.
“France-2” ictimai kanalının “Premier Lignes” araşdırma proqramının baş redaktoru Benot Bringer “Azadlıq” radiosuna deyib ki, materialların götürülmə səbəbini anlamır: “Bir səbəb o ola bilər ki, insanların bu çəkiliş və müsahibələri görməsini istəmirlər”.
Baş redaktor jurnalistlərin Azərbaycanda insan haqları və demokratiyanın durumundan bəhs edən materiallar hazırladığını vurğulayıb: “Çox qəribədir ki, olay Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başladığı gün baş verdi. Belə davranmaqla ölkədə baş verənlərin ictimaiyyətə çatdırılmasına əngəl olurlarsa, bu, insan haqları, o sıradan mətbuat azadlığının vəziyyətindən xəbər verir. Bu, bir ölkənin imici üçün çox pisdir”.
Benot Bringer məsələ ilə bağlı Fransa Xarici İşlər Nazirliyinə, Fransanın Azərbaycandakı səfirliyinə məlumat verdiklərini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin