Mirmahmud Mirəlioğlu “Yeni GAMOH” fəallarına müraciət etdi

Hazırda oxunan: Mirmahmud Mirəlioğlu “Yeni GAMOH” fəallarına müraciət etdi

45991

Moderator.az xəbər verir ki, fars rejiminin sifarişi ilə 9 il azadlıqdan məhrum edilmiş “Yeni GAMOH “”“un liderlərindən biri olan Yürüş Mehrəlibəyli ailəsinə qarşı olan təziqlərə və özünə qarşı irəli sürülən saxta ittihamlara etiraz edərək 28 gündür ki, aclıq aksiyası keçirir. Aclıq aksiyası dövründə dəfələrlə səhhətində yaranmış problemlərə baxmayaraq milli fəal sona qədər aksiyanın davam edəcəyini bildirib. Hazırda Yürüş Mehrəlibəylinin sağlamlıq vəziyyəti olduqca ağırdır.

KXCP Sədri  Mirmahmud Mirəlioğlu aclıq aksiyasını davam etdirən “Yeni GAMOH” fəallarına aclıq aksiyasını dayandırmaları ilə bağlı müraciət edib. Müraciətdə deyilir:

“Fars şovnizmi sifarişi ilə Sizin həbsiniz və həbs edildiyiniz  zaman sizə və ailənizə qarşı olan işgəncələr  fars rejiminin əsil simasın bir daha dünyaya görstərdi.  Bütün bunlara rəğmən  apardığınız mübarizə,zalım rejimin amansz işgəncələri altında göstərdiyiniz dirəniş sonunda öz azadlıqları uğrunda mübarizə aparan insanlarımzın qələbəsi iıə bitəcəyinə inamı arırır.

Əziz əqidədaşım ! Sizin mübarizəniz vətənimizə, millətimizə,bütövlüyümüzə nə qədər bağlı olduğunuzu bütün dünyaya bir daha göstərdi. Qanunların işləmədiyi bir rejimdə sizin müqəddəs savaşınız Azərbaycan türklərinin öz talelərinə sahib dura biləcək gücdə olduğunu hər kəsə anlatdı. Azərbaycanımızda Szin fədakarlığınızın aşiqi olan milyonlara gənc formalaşdı. Artıq bizə çatan xəbərlərə görə sizin səhhətinizdə çox ciddi problemlər yaranıb. Birlikdə aparacağımz mübarizə çox uzun hədəflərə doğru olduğu üçün sizin sağlamlığınız daşıdığınız  müqəddəs ideyaları hədəfə çatdırmaq üçün çox əhəmiyyətlidir. Bütün bunları nəzərə alaraq öz adımdan və KXCP ( Klassik Xalq Cəbhəsi Partiyası) adında sizdən aclıq aksiyasını dayandırmağı xahiş edirəm. Hədəflərimiz böyük, birlikdə addımlayacağımız yol çox uzundur.

Tanrı Bütöv Azərbaycanımızı qorusun”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin