Mehdibəy Səfərov: “Talışlar Azərbaycanın müstəqilliyi uğrunda ləyaqətlə mübarizə aparıb”

Hazırda oxunan: Mehdibəy Səfərov: “Talışlar Azərbaycanın müstəqilliyi uğrunda ləyaqətlə mübarizə aparıb”

45922

Azəri-Talış İctimai Birliyinin sədri Mehdibəy Səfərov Moderator.az-a açıqlamasında talış xalqının Azərbaycanın xarici siyasət kursunu dəstəklədiyni, bu siyasətin dövlətin müstəqilliyinə xidmət etdiyini bildirib. Rusiya təhlükəsini real hesab etmədiyini vurğulayan M.Səfərovun sözlərinə görə, talış xalqının nümayəndələrinin Azərbaycanın müstəqilliyi uğrunda ləyaqətlə mübarizə apardığı hər kəsə bəllidir:

“Çox təəssüflər olsun ki, müstəqilliyinə nail olmuş doğma vətənimiz Azərbaycanın  bəzi insanlarında hələ də sovet rejiminə olan nastalji hissləri özünü birüzə verməkdədir. Ona görə də, həmin insanlar “bəlkə də qaytardılar” kimi utopik hisslərə aldanaraq, Rus ordusunun Azərbaycana daxil olmasını xəyallarında canlandırmaqla bu sayaq hisslərdən qurtula bilmirlər.

İnanmıram ki, Rusiya hökuməti səmimi qonşuluq münasibətində olan,  əldə etdiyi müstəqilliyinə hörmətlə yanaşan, eləcə də bu müstəqilliyini göz bəbəyi kimi qoruyan qardaş Azərbaycan Respublikasına real təhlükə yarada bilən addımlar atsın.

Talışlar da Azərbaycanın müstəqillik qazanmasında ölkəmizin digər qardaş xalqları kimi ləyaqətlə mübarizə aparmış və bu yolda şəhidlər vermişlər. Onlar əbədi və əzəli vətənləri olan Azərbaycanı dərin məhəbbətlə sevir və onun müstəqilliyinə, ərazi bütövlüyünə təhlükə yaranarsa, bu yolda hər an canlarını fəda verməyə hazır olan ləyaqətli vətəndaşlardır. Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət müstəqilliyimizin, eləcə də ölkəmizin hər bir vətəndaşının təhlükəsiz yaşamasının qarantıdır. Məhz ona görə də, biz Azərbaycanın Talış kökənli vətəndaşları olaraq, dövlətimizin  yürütdüyü xarici siyasətini hər zaman dəstəkləyirik”.

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin