Deputat Siyavuş Novruzov haqqında Vikipediyada olan məlumatlara müdaxilə edilib

Hazırda oxunan: Deputat Siyavuş Novruzov haqqında Vikipediyada olan məlumatlara müdaxilə edilib

45918

Əldə edilən məlumata görə, YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov haqqında Vikipediya açıq ensklopediyasında təhrif edilmiş məlumatlar yazılıb.

Belə ki, deputatın anadan olduğu bölgənin adı, atasının adı, peşəsi, milliyəti haqqında olan məlumatlar silinərək yerinə təhqiramiz sözlər yazılıb.

Moderator.az bu məsələnin necə baş verdiyinə aydınlıq gətirmək üçün Vikipediya könüllülərindən biri, Facebookdakı aktiv fəaliyyəti ilə diqqət çəkən Cavid Ağaya müraciət edib. O bildirib ki, bunu yazan "Seyidakbar" adlı istifadəçidir və o, vandallığa yol verib:

"Vikipediyada kim istəsə dəyişiklik edə bilər. Normalda idarəçilər buna nəzarət edir, amma sayları az olduğu üçün gözdən qaça bilir".

Məhz Moderator.az saytı əməkdaşının müraciətindən sonra Cavid Ağa Səyavuş Novruzov haqqındakı Vikipediyadakı təhqiramiz məlumatları silərək əvvəlki məlumatları bərpa edib.


Deputat Siyavuş Novruzov haqqında Vikipediyada olan məlumatlara müdaxilə edilib Deputat Siyavuş Novruzov haqqında Vikipediyada olan məlumatlara müdaxilə edilib
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin