Gürcüstandakı səfirimiz haqqında şok iddia

Hazırda oxunan: Gürcüstandakı səfirimiz haqqında şok iddia

45828
“Bəli, Gürcüstanda yaşayan ermənilər Şuşanın azad edilməsi ilə bağlı təntənəli tədbir proqramı hazırlayır”.

 Bunu Moderator.az-a açıqlamasında Gürcüstanın azərbaycanlı eks-deputatı, 2008-ci il prezident seçkilərində namizəd, “Gürcüstan Naminə” partiyasının sədri Fazil Əliyev gürcü hakimiyyətinin ölkədə erməni icmasının Azərbaycana qarşı hazırlanan tədbirə icazə vermələri ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
 Onun sözlərinə görə, həmin ermənilərə qarşı ciddi təpki göstərmək üçün Kaxetiyadan və Borçalıdan tərəfdarları bir araya toplamaq gərəkir:
 “Bunun üçün isə maliyyə lazımdır. SOCAR bu cür məqamlarda bizdən üz döndərir və yardım etməkdən boyun qaçırır. İndi gördünüzmü Azerbaycan səfirliyinin, konsulluğunun və hakimiyyətinin mövqeyi Gürcüstanda nə qədər aşağı səviyyədədir? Çünki heç kəs Azərbaycan hakimiyyətində ağıllı tərəfdarı olan avtoritetli gürcü-türkü ilə deyil, səviyyəsiz və satqın “alverçilər"lə iş görməyə üstünklük verir. Bunun müqabilində isə milyonlarla pulu mənimsəyirlər. Hanı SOCAR-ın maliyələşdirdiyi QHT-lər? Səfirin və konsulun başı alverə qarışıb. Gördükləri iş isə burada yaşayan azərbaycanlılara zərbə vurmaqdan və kürd qardaşlarına vəzifə verməkdən, ermənilər üçün isə hər bir şərait yaratmaqdan ibarətdir. Azərbaycanın milli qüvvələri isə hələ yatırlar. Yəqin ki, Azərbaycan nefti və qazı qurtaran zaman ayılacaqlar. O zaman da çox gec olacaq”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin