Gülər Əhmədovanın oğlu - “Danışmağa ixtiyarım yoxdur”

Hazırda oxunan: Gülər Əhmədovanın oğlu - “Danışmağa ixtiyarım yoxdur”

45725
Dünən şərti olaraq azadlığa buraxılan sabiq millət vəkili Gülər Əhmədovanın hazırda bağ evində istirahət etdiyi bildirilir. AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı keçmiş deputatın oğlu Toğrul Əhmədovla əlaqə saxlayıb. 

T.Əhmədov anasının harada olduğunu bilmədiyini deyib: “Hazırda anamın harada olduğunu bilmirəm. Ümumiyyətlə, bu barədə danışmağa ixtiyarım yoxdur”.

Qeyd edək ki, sabiq millət vəkili G.Əhmədova ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı “rüşvət videoları”na görə saxlanılaraq barəsində 3 illik azadlıqdan məhrum etmə qərarı çıxarılmışdı. O, dünən dünən şərti olaraq azadlığa buraxılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin