Hafiz Hacıyev: “Əli Kərimlinin olduğu yerdə uğur ola bilməz”

Hazırda oxunan: Hafiz Hacıyev: “Əli Kərimlinin olduğu yerdə uğur ola bilməz”

45621

MMP sədri Hafiz Hacıyev Milli Şuradakı son proseslərlə bağlı maraqlı fikirlər səsləndirib. H.Hacıyevin sözlərinə görə, KXCP sədri Mirmahmud Mirəlioğlu məhz onun müraciətindən sonra Milli Şura sıralarını tərk edib:

“Milli Şurada onsuz da kim qalmışdı ki, bunu bu qədər böyüdürlər. Əli Kərimli hardansa yenə qrant alıb ölkəni qarışdırmaq, gündəmə gəlmək istəyir. Ancaq unudur ki, Azərbaycan xalqı xəyanəti bağışlamır. Mirmahmud ağaya mənim böyük hörmətim var. Mən Mirmahmud ağaya neçə dəfə demişəm ki, ağa, sənin adın var, sanın var, xalq arasında hörmətin var, xalqa xəyanət edən, Azərbaycan dövlətçiliyinə arxadan zərbə vurmaq istəyən, xarici kəşfiyyata işləyən adamla bir cəbhədə olmaq sənə yaraşmaz. Sağ olsun Mirmahmud ağa, sözümü eşitdi, analiz elədi və Mlli Şuradan getdi. Ə.Kərimli ora cəhbəçiləri yığmaqda məqsədi o idi ki, nə vaxtsa ona lazım olan səsvermə keçiriləndə o, üstünlük qazansın. Milli Şurada heç kim qalmayıb. Orada hakimiyyətdən qovulmuş, rüşvətxor adamlar qalıb. Ə.Kərimli olduğu yerdə heç vaxt uğur ola bilməz. Ona görə də, Milli Şura məğlubiyyətə məhkumdur”.

 

İnterpress.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin