BAXCP Ali Məclisinin sədri Teyyub Qənioglu xarici ölkə səfirliklərinə yönəlik müraciətlə çıxış edib. Moderator.az-a daxil olan müraciətdə deyilir:
“Cənab səfir və səfirlər - öz məkli niyyətlərinizi “xalq diplomatiyası” adı altında dönük həmvətənlərimizin əli ilə həyata keçirmək, dövlətimizin daxili işlərinə qarışmaq cəhdlərinə son qoyun!
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Rauf Mirqədirovun həbsi və bununla əlaqədar olaraq Leyla Yunusun və onun həyat yoldaşının istintaqa cəlb edilməsi ilə bağlı açıqlama verib. O, bu şəxsləri uzun illərdir ki, tanıdığını və bu səbəbdən araşdırmanın davam etdirilməsindən narahat olduğunu bildirib. R. Morninqstar narahatlığının səbəbini açıqlayaraq qeyd edib ki, “...Bu adamların hər üçü “TRACK 2” və ya “xalq diplomatiyası” çərçivəsində azərbaycanlılarla ermənilər arasında ünsiyyəti dəstəkləyənlərdən olublar. Biz hesab edirik ki, “xalq diplomatiyası” vacibdir. Bizi narahat edən odur ki, aparılmaqda olan araşdırma “xalq diplomatiyası” çərçivəsində bu ünsiyyətə dəstək olmaq istəyən hər bir azərbaycanlını (mənsəbpərətləri, dönükləri və milli satqınları-T.Q.) təsirləndirmiş olacaq”.
Hər şey aydındır... Cənab R. Morninqstarı Rusiya, ABŞ, Fransa başda olmaqla türk düşmənlərinin dəstəklədikləri erməni faşistlərinin insanlığa qarşı cinayətləri, milyondan artıq qaçqın və köçkün düşmüş azərbaycanlıların hüquqları, torpağımızın 20%-nin işğalı qətiyyən maraqlandırmır. Onu narahat edən odur ki, istintaqın gedişində “xalq diplomatiyası” adlandırdıqları mənfur oyunun təşəbbüskarları və dəstəkləyiciləri olduğuqları aşkara çıxa bilər (bu onsuz da bəllidir). Həm azərbaycanlıların, həm də ermənilərin münaqişənin həllinə hazır olmalarının vacibliyini qeyd edən səfir, “nədənsə” beynəlxalq hüquq deyilən anlayışı və azərbaycanlıların bu münaqişəyə münasibətini unudur. Ermənilərdən fərqli olaraq azərbaycanlılar münaqişənin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində, BMT-nın məlum qətnamələrinə müvafiq qaydada həll edilməsinə hazır olduqlarını bütün səviyyələrdə dəfələrlə bildiriblər. Münaqişənin qeyd edilən prinsiplər əsasında həll edilməməsinin başlıca günahkarları isə ATƏT-in Minsk Qrupunun həmsədrləri olan dövlətlər başda olmaqla xristian dünyasıdır! Onlar təcavüzkarı öz adıyla çağırmaq, ona qarşı sanksiyalar tətbiq etmək, Azərbaycanın haqq işini müdafiə etmək əvəzinə, erməni faşistlərini dəstəkləyir, bizləri isə “xalq diplomatiyası” adı altında işğal faktı ilə barışığa sürükləməyə cəhd edirlər. Onlar “unudurlar” ki, özlərinin bilavasitə təhriki və şirnikləndirici təklifləri, vədləri ilə türkə qarşı nifrət xəstə ermənilərin geninə işləyib! Genə işləyən xəstəliyin həllinin isə yalnız bir yolu var!
Biz azərbaycanlılar necə unuda bilərik ki, erməni faşistləri zaman-zaman torpaqlarımızı xarici havadarlarının hərtərəfli dəstəyi ilə işğal ediblər, bizim tarixi torpaqlarımızda öz təcavüzkar, monietnik dövlətlərini qurublar; tükləri yalnız türk olduğuna görə amansızcasına qətlə yetirblər; əsirləri müharibədə cəhənnəmə vasil olmuş qohumlarının qəbrləri üstündə qurban kəsiblər; əsr düşmüş qadınlarımızı, azyaşlı qızlarımızı ərlərinin, valideynlərinin qarşısında dəfələrlə, növbə il təcavüzə məruz qoyublar; meyidlərin dərisini soyublar; qadınlarımızın çılpaq belinə qaynar samavar bağlayıblar, 13 yaşlı qızı anasının gözləri qarşısında zorlayıb, divara mismarlayıb səsini kəsmək üçün anasının döşlərini kəsib onun ağzına qoyublar, əsrləri bataqlıqda batan maşınlarının təkərləri altına atıblar...və bu bir dəfə baş verməyib! 1905-1906-cı, 1918-1920-ci, 1998-1993-cü illərdə bu hadisələr təkrarlanıb.Yetər artıq! Biz öz torpaqlarımızın azad olunmasının yolunu bilirik və bunu həyata keçirəcəyik! Siz isə cənab səfir və səfirlər-öz məkli niyyətlərinizi “xalq diplomatiyası” adı altında dönük həmvətənlərimizin əli ilə həyata keçirmək, dövlətimizin daxili işlərinə qarışmaq cəhdlərinə son qoyun!”
































































































