“Dünyanın 100 ən qəhrəman jurnalistləri...”

Hazırda oxunan: “Dünyanın 100 ən qəhrəman jurnalistləri...”

45397
Beynəlxalq Hüquq Müdafiəsi Birliyi “Sərhədsiz Jurnalistlər ” ilk dəfə olaraq 3 may azad mətbuat günü ilə əlaqədar, 100 ən qəhrəman jurnalistin siyahısını açıqlayıb. 
Moderator.az Ermənistanın “Epress.am” saytına istinadən bunu xəbər verir. 100 nəfərin adı olduğu siyahıda dünyanın 65 ölkəsinin iştirakı ilə vətəndaş fəalları və bloqerlər iştirak edib. Onların fəaliyyəti azad fikrin və informasiyanın təbliğ etdikləri  və dövlətin sərhədlərindən kənara azad mətbuatı daşıya bildikləri kimi qiymətləndirlib.  Təşkilatın bəyanatında bildirilir ki, həmin jurnalistlərin iştirakı və cəsarəti olmadan azadlıq uğrunda fədakarlıqları olmadan azad cəmiyyət qurmaq olduqca çətin olardı. 
Siyahıda Azərbaycan jurnalistlərinin də adı yer alıb. Onlar arrasında “Turan” agentliyinin müxbiri Məlahət Nəsibova, “Azadlıq qəzetinin redaktoru və Azərbaycan saatı televiziyasının yaradıcısı Qənimət Zahid, Azadlıq radiosunun müxbiri Xədicə İsmayilovanın adı yer alıb. 

Eyni zamanda siyahıda türk jurnalisti və “1915-Erməni soyqrımı” adlı kitabın müəllifi Həsən Kamalın da adı var. 
Rusiyanın azad  mətbuat nümayəndələri arasında Svetlana Reyterin adı qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin