Jurnalist DİN-ə çağrıldı

Hazırda oxunan: Jurnalist DİN-ə çağrıldı

45393
“Yeni Müsavat”ın əməkdaşı Fərahim İlqaroğlu Daxili İşlər Nazirliyinə çağırılıb. Bu barədə “musavat.com”a  jurnalsit özü məlumat verib. Onun sözlərinə görə, nazirliyə çağırılmağı “Yeni Müsavat” qəzetinin  baş redaktoru Rauf Arifoğlunun daxili işlər naziri Ramil Usubova müraciəti ilə bağlıdır: “Bu gün nazirliyin əməkdaşı Elxan Süleymanov mənə zəng vurub dedi ki, mayın 2-i, saat 10-da DİN-də olun”.
Əməkdaşımız işi ilə bağlı hələ də araşdırmaların aparıldığını söylədi: “Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb, hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir”.
 
Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu aprelin 25-də naməlum şəxslərin hücumuna məruz qalıb. Jurnalist yaşadığı evdən çıxarkən naməlum şəxs tərəfindən döyülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin