Ərəstun Oruclu: “30 aprel terroru obyektiv araşdırılmayıb”

Hazırda oxunan: Ərəstun Oruclu: “30 aprel terroru obyektiv araşdırılmayıb”

45307

“Mən əminəm ki, 30 aprel terroru obyektiv araşdırılmayıb. Amma biz 30 aprel məsələsini hərtərəfli araşdırmışıq”.

Bu sözləri Moderator.az-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib. Ekspertin fikrincə, 2009-cu ilin 30 aprel tarixində Azərbaycan Dövlət Neft Akademiyasındakı (ADNA) terror olayının əsl təşkilatçıları hələ də məsuliyyətdən kənardadır:

“Bu hadisə ilə bağlı kifayət qədər araşdırma aparmışıq.Bununla bağlı hətta bir neçə televiziya verlişində də olmuşam. Həmin terrorun təşkilində erməni millətindən olan Gürcüstan vətədaşı şübhəli bilindi. Həmin şəxs guya erməni kəşfiyyatının nümayəndəsi olub.İstintaqı aparan qurumlar və məhkəmə tərəfindən rəsmi izah da bu oldu ki, həmin şəxs İnterpol xətti ilə axtarışa verilib. Amma İnterpolun öz saytından və digər mənbələrdən əldə edilən məlumatlar göstərir ki, bu şəxs axtarışa verilməyib. Məncə bu faktın özü hər şeyi deyir. Bütün bunlar onu göstərir ki, hakimiyyətdə terrorun əsl təşkilatçılarının üzə çıxarılması, cəzalandırılması, heç deyilsə adının çəkilməsi üçün siyasi iradə və özünəgüvən yoxdur”.

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin