Səidə Qocamanlı: “Rauf Mirqədirovu açıq-aşkar həbsə təhrik edilməsi yolverilməzdir”

Hazırda oxunan: Səidə Qocamanlı: “Rauf Mirqədirovu açıq-aşkar həbsə təhrik edilməsi yolverilməzdir”

45191

“Hər şeyi zaman göstərəcək”. 

Bunu Moderator.az-a açıqlamasında hüquq müdafiəçisi Səidə Qocamanlı millət vəkili Siyavuş Novruzovun “Leyla Yunus çalışır ki, onu və həyat yoldaşını həbs etsinlər” kimi fikrilərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu məsələdə kiminsə nə isə söyləməsi əhəmiyyətsizdir:

“Bu, istər millət vəkili olsun, istərsə də hüquq müdafiəçisi. Hər şeyi zaman göstərəcək. Bu məsələ araşdırılır. Lakin Rauf Mirqədirovu açıq-aşkar həbsə təhrik edilməsi, özü-özlüyündə yolverilməzdir. Hesab edirəm ki, Rauf Mirqədirovun təqsirkar olması əvvəl sübut olunmalıdır, daha sonra həbs edilməlidir”.

Qeyd edək ki, “Zerkalo” qəzetinin jurnalisti Rauf Mirqədirov erməni kəşfiyyatına xəbər ötürməkdə günahlandırılır. Leyla Yunusun adı isə Rauf Mirqədirovun həbsi zamanı casusluq edənlər arasında səsləndirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin