Fazil Əliyev: “Gürcütanda Azərbaycan konsulluğu bazar açıb”

Hazırda oxunan: Fazil Əliyev: “Gürcütanda Azərbaycan konsulluğu bazar açıb”

45093

“Azərbaycan Xarici İşlər Nazirliyi və hakimiyyətdə olanlar   Gürcüstanda fəaliyyət göstərən Azərbaycan konsulluğunun burada  sözün əsl mənasında bazar açdıqlarından xəbərdar olmalıdır”.

Bunu Moderator.az-a açıqlamasında  Gürcüstanın keçmiş azərbaycanlı millət vəkili, Gürcüstan Naminə Siyasi Partiya  və Gürcüstan Azərbaycanlıları Beynəlxalq Şurasının sədri  Fazil Əliyev Gürcüstanda Azərbaycan Konsulluğunun fəaliyyətindən danışarkən deyib. Onun sözlərinə görə, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Konsulluğunda əmməli başlı bazar açılıb:

“Heç utanmadan və  çəkinmədən türk vətəndaşlarından pul tələb edirlər. Əks təqdirdə onları günlərlə Tibilisidə süründürürlər. Mən də, əvvəllər konsulluğa getmişdim və  konsulluğun işçilərinin çox tərbiyəsiz hərəkətlərinin şahidi olurdum.

Onlar insanları saymır, onları təhqir edirlər. Səfirlə görüşmək istəyimə təkid etsəm də, bu mümkün olmur.  Bir sözlə bu gün Gürcüstanda fəaliyyət göstərən Azərbaycan səfirliyi  və konsulluğu olduqca yarıtmaz, layiqsiz, hörmətsiz diplomatlardır.  Yəqin arxaları çox güclüdü. Onların ümumiyyətlə azərbaycanlı olmalarına şübhə ilə yanaşıram. Belə diplomatları necə və harada hazırlayırlar? Onlara rüşvət almağıdamı öyrədirlər? Onların əsas işləri lazımsız və səviyyəsiz tədbirlər keçirməkdir. Onların Gürcüstan hakimiyyətində mövqeləri çox aşağıdır. Azərbaycanı və millətimizi lazimi səviyyədə təmsil edə bilmirlər. Bu gün mənim ofisimə gələn bir türk qardaşımız bildirdi ki, Azərbaycanın burdakı konsulluğunda rüşvət baş alıb gedir.  Burada fəaliyyət göstərən və Azərbaycanı təmsil edən diplomatlar əməlli-başlı ticarətlə və çirkin əməllərlə Azərbaycan haqqında olduqca bərbad mövqe sərgiləyirlər. Digər tərəfdən, Gürcüstanada olan Azərbaycan səfirliyi qəti sürətdə buradakı Azərbaycanlılarla maraqlanmır. Bir sözlə, Gürcüstanda Azərbaycan səfirliyinin və konsulluğunun olması heç hiss olunmur. Çünki onların başı ticarətə və biznesə qarışıb”.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin