Ramil Səfərov Sarkisyana cavab verdi

Hazırda oxunan: Ramil Səfərov Sarkisyana cavab verdi

45051
Ermənistanda qondarma erməni soyqırımı ilə bağlı keçirilən tədbirlərin gedişində azərbaycanlı zabit Ramil Səfərova qarşı növbəti təhdidlər eşidilməkdədir. 
Moderator.az-ın məlumatına görə, erməni yazar Aykazn Qaqriyan qondarma “erməni soyqırımı” ilə bağlı yazısında “Serj Sarkisyanın Qorik Akopyana xüsusi tapşırıq verməsinə baxmayaraq o, hələ də sağdır” qeydini edib. Görünən budur ki, Ermənistan rəhbərliyi Azərbaycan bayrağını təhqir etdiyi üçün Macarıstanda R.Səfərov tərəfindən öldürülmüş Qurgen Markaryanın qisasını almaq niyyətindən əl çəkməyib. 

Azərbaycan Silahlı Qüvvələrində xidmətini davam etdirən Ramil Səfərovun yuxarıda qeyd edilənlərə münasibətini bildirib. Azərbaycanlı zabit bunları deyib: “Açığı, belə qeyri-ciddi bir məsələyə mən heç bir şərh vermək istəməzdim. Mən əvvəllər də, indi də özümə qarşı erməni tərəfinin səsləndirdiyi hədə-qorxu dolu fikirləri çox eşitmişəm. Silahlı Qüvvələrin zabiti kimi, Azərbaycan vətəndaşı kimi ermənilərin bu cür sayıqlamalarına ümumiyyətlə fikir verməmişəm və indi də bu mövqedəyəm. Hazırda xidmət yerindəyəm və gündəlik fəaliyyətlərimizlə məşğuluq. Bir daha bildirirəm ki, bu cür absurd çağırışları ciddi qəbul etmək fikrim yoxdur və mətbuat işçilərini də buna səsləyirəm”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin