AVP Qusarda konfrans keçirib

Hazırda oxunan: AVP Qusarda konfrans keçirib

44796

Moderator.az xəbər verir ki, Ana Vətən Partiyası Qusar rayon təşkilatının növbəti konfransı keçirilib. Konfransda AVP Ali Məclisinin sədri Rəşadət Yaqublu və sədrin beynəlxalq məsələlər üzrə müavini Zülfiyyə Mustafayeva iştirak edib.

Konfransda təşkilatı məsələlərə baxıldı və Muradxanov Ziyadxan Azadxan oğlu Qusar rayon təşkilatının sədri seçilib.

Çıxış edən Rəşadət Yaqublu konfrans iştirakçılarını təbrik edərək yeni seçilmiş təşkilat sədrinə uğurlar arzulayıb. R.Yaqublu  qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı partiyanın qarşısında duran vəzifələrdən, dünyada baş verən siyasi proseslərdən konfrans iştirakçılarına məlumat verib və  bələdiyyə seçkilərində aktiv şəkildə  iştirak etməyə çağırıb.

Zülfiyyə Mustafayeva çıxışında  qadınların ictimai-siyasi proseslərə cəlbindən, qadın amilinin cəmiyyət və dövlət üçün  əhəmiyyətindən danışıb.

Sonda partiyaya yeni qəbul edilmiş üzvlərə üzvlük vəsiqələri təqdim edilib.


AVP Qusarda konfrans keçirib AVP Qusarda konfrans keçirib AVP Qusarda konfrans keçirib
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin