“Azərbaycanda müsbət mənada hər hansı bir dəyişikliyə nail olamq üçün mövcud sistemin dəyişilməsi şərtdir”.
Bu sözləri Moderator.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin rəhbəri, Milli Şura üzvü Mehman Əliyev bildirib. Onun sözlərinə görə, sistem dəyişikliyi olmadan hansısa inkişafa ümid etmək əbəsdir:
“Sistem dəyişikliyi olmadan hansısa dəyişikliyə nail olmaq mümkün olmayacaq. Çünki ölkədə mövcud olan bütün problemlər, bütün çatışmazlıqlar məhz bu nöqsandan qaynaqlanır. Sistemi dəyişmədən atılan hər hansı addım, ortaya qoyulan istənilən cəhd bəribaşdan uğursuzluğa məhkumdur”.
Seymur Əliyev






























































































