Moderator.az-a açıqlama verən Milli Şura sədri Cəmil Həsənli Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şura üzvü Eldəniz Quliyevlə VİP sədri Əli Əliyev arasındakı məhkəmə çəkişməsinə münasibət bildirib. C.Həsənli baş verənlərdən təəssüf duyduğunu qeyd edib və hər iki tərəfi etik normalar çərçivəsində davranmağa səsləyib:
“Mən hesab edirəm ki bütün insanlar, xüsusilə də siyasi səhnədə olan insanlar bir-birləri ilə hörmətlə davranmalıdırlar. Tərəflər bir-birlərinin şəxsiyyətinə, ləyaqətinə, həyatına təsir edəcək ifadələrdən çəkinsələr daha yaxşı olar. Siyasi mühitdə olan tanınmış şəxslərin bir-birləri ilə olan münasibətlərini aparıb məhkəməyə çıxartmalarını məqbul hesab eləmirəm. Insanlar bir-birləri ilə münasibətdə elə davranmalıdırlar ki, bu münasibət məhkəmə predmetinə çevrilməsin. Mən arzu edirəm, təklif edirəm, xahiş edirəm ki, bu məsələdə insanlar diqqətli olsunlar. Aralarındakı ziddiyyətləri etik davranışlar çərçivəsində həll etsinlər. Bu baxımdan E.Quliyev və Əli Əliyev arasındakı məsələnin də məhkəməyə gedib çıxmasını arzulamazdım”.
Seymur Əliyev


























































































