Sahibkarlar Avropa.info-ya bildiriblər ki, elektrik enerjisi Fövqəladə Hallar Nazirliyinin müraciəti əsasında kəsilib: “Bazar rəhbərliyi ilə Fövqəladə Hallar Nazirliyi rəhbərliyi arasında qarşıdurma yarandığıüçün işıqların kəsildiyini deyirlər”.
“Bakıelektrikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bazara elektrik enerjisinin verilməsinin dayandırılmasını təsdiqləyib. Lakin o, bildirib ki, bu, bazarda baş vermiş yanğınla əlaqədardır: “Taxta sexində yanğınla əlaqədər olaraq enerji təchizatıdayandırılıb. ”Bakıelektrikşəbəkə"yə Yanğından Mühafizə Idarəsindən rəsmi məktub daxil olan kimi, işıqlar qoşulacaq".
Dərnəgül bazarı prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun nəzarətindədir. Bazar yanmamışdan əvvəl oranın başqa əraziyə köçürələcəyi barədə xəbər yayılmışdı.


































































































