Əli Əliyev: “Azərbaycanda 2007-ci ildən etibarən yeni siyasi layihə həyata keçirilir”

Hazırda oxunan: Əli Əliyev: “Azərbaycanda 2007-ci ildən etibarən yeni siyasi layihə həyata keçirilir”

44566

Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyev özünün “Facebook”  səhifəsində yerli siyasi qüvvələrin davranışı və  bir sıra ölkələlərin Azərbaycana yönəlik fəaliyyəti haqqında yazıb. Moderator.az Ə.Əliyevin həmin statusunu təqdim edir:

“Ötən prezident seçkiləri ili mənim üçün bir sıra hadisələrlə yaddaqalan olub. Siyasi müstəvidə baş verənlər xüsusilə maraqlı idi. İkisinin üzərində dayanmaq istərdim:

1. 13-cü ilin yazında ABŞ diplomatlarından biri ilə müxalifət nümayəndələrinin görüşü zamanı siramızdan 2-sinin vizavimizlə kobud davranmasını və açiq şəkildə inciklik nümayişini başa düşə bilməmişdim;

2. Kreml layihəsinin - Milli Şuranın icrasında müxalifətin bəzi "Qrand"larının iştirakını anlaya bilmirdim. (Etiraf edim ki, bəziləri kuluarlarda "gəlib Putini aldadacayıq"deyirdilər və bu zaman 92-ci ilə istinad edilirdi)

Son həftələr ərzində "Gülən camaatı"nın Bakı uzantıları haqda məlumatlar ictimailəşdikcə, sual şəklində yaşatdığım nigarançılığa aydınlıq gəlir. Deputat Osmanlıya qarşı deyilənlərdə işim yox - onun özünün bəzi mətləbləri etiraf etməklə, bir sıra suallarımı cavablandırıb.

Əvvəl suallarımı ifadə edim: Nədən ənənəvi olaraq, ABŞ-la sıx əlaqələri haqda danışılan müxalifətçilər, həmin dövlətin kifayət qədər yüksək çinli diplomatı ilə kobud davrandılar?

Nəyə görə uzun müddət Azərbaycan siyasi fikrinə Qərb dəyərlərini təlqin edənlər 13-cü il seçkilərində Rusiya dərəsinə yuvarlandılar?

Cənab Osmanlının etiraflarından, müxtəlif mətbuat resurslarında yazıldığından, prezident sərəncamından - ölkə daxilində və qardaş Türkiyə mətbuatında rəsmi və yazarlar səviyyəsində deyilənlərdən aydın olur ki, bir sıra qlobal məsələlərlə yanaşı, ABŞ-ın bəzi çevrələri Azərbaycanda 2007-ci ildən etibarən yeni siyasi layihə həyata keçirirlər.

Haşiyə: Yeri gəlmişkən qeyd edilməlidir ki, "Tech Comp" adlanan bu layihə bir çox dövlətlərdə həyata keçirilir. Layihənin məqsədləri sırasında ifadə edilməyən, lakin bir sıra dövlətlərdə həyata keçirilmiş "idarə olunan xaos"un təşkili də nəzərdə tutulur.

Türkiyə nümunəsindən görünür ki, layihə sahiblərinin məqsədi mümkün olduqda layihədə təşəkkül tapan komandadan hakimiyyətdə yerləşərək, konkret dövlətin iradəsinə uyğun qərarlar almaq, "lazım olan" siyasəti həyata keçirmək, alınmadıqda isə qarışıqlıq yolu ilə dövləti layihə müəllifinə tabe etdirməkdir.

Birinci sualın cavabı aydınlaşır. Qərbin köhnə dostları biliblər ki, artıq Qərb onlara deyil, yeni nəslə stavka edir. Belə seçim Azərbaycan müxalifətinin bəzi nümayəndələrini narahat etməyə bilməzdi. Fikrimcə, qeyd etdiyim görüşdəki anlaşılmaz qabalığın da gizlini burada imiş.

Məntiqi olaraq, Rusiyaya meylliliyin də səbəbi aydınlaşır. Siyasi mübarizənin gedişində vacib olan dış dəstək axtarışında təbii müttəfiqlik formalaşır:

Azərbaycanı Avrasiya layihəsinə sürümək arzusunda olan - Kreml və Qərbin dəstəyindən məhrum olmuş müxalifətin odioz hissəsi - Milli şura.

Hakimiyyətə gəlmək, artıq düşmənə çevrilmiş rəqiblərdən acıq cıxmaq, bəzi hallarda isə varlanmaq, hətta nə qədər eybəcər də olsa, dolanışıq əldə etmək eşqi ilə alışan bəzi liderlər bu təhlükəli oyunda heç nəyə baxmadan kimlə gəldi müttəfiqliyə hazır görünürlər.

2013-cü ildə biz bunun şahidi olduq. Ukraynadakı hadisələr göstərir ki, Şimal qonşumuz planlarında israrlıdır. Deməli, yenidən təhlükə ilə üzbəüz qalmaq ehtimalı var.

Bura qədər olanlar müxalifətdə duran bəzilərinin yanlışlarıdır. Uzun zaman, demək olar ki, həyatlarının ən mənalı hissəsini cəmiyyətin inkişafına sərf etmiş bu şəxslər nədən belə səhv edirlər?

Hakimiyyətin son 20 ildə yürütdüyü yanlış siyasət nəticəsində insanların seçim imkanı, iqtidara gəliş potensialı itdiyindən, belə şəxslər ümidsizliyə qapılır, nəfs və kinlərinin qurbanına çevrilirlər. Onların kənarda "dayı"axtarışı da bu ümidsizlikdən törənir. Ölkədə seçki olmadığından, siyasi qüvvələr fitnə yolu ilə hakimiyyətə gəlişi yeganə çıxış yolu görürlər.

Onlara bərait qazandırmaq fikrində yoxam. Lakin ölkənin inkişaf etdirilməsinin ilk və ən vacib mərhələsi siyasi islahatlardır. Bu yolda isə ən mühüm iş ədalətli seçkidir.

Xalq seçməyi öyrənməlidir, onun seçim haqqı YAP iqtidarı tərəfindən tanınmalıdır. Özümüz seçmədikdə, başqaları seçəcək: bu gün sizi, sabah başqa birisini. Başqalarına milli qüvvələr lazım deyil. Kosmopolit və marginal qruplar daha prinsipsiz, sözəbaxan olurlar.

Atatürk Türkiyəyə çox dəyərlər gətirib. Lakin bunların ən böyüyü cəmiyyətdə Ədalətin hakimiyyəti üçün əvəzsiz olan demokratiya və seçki sistemidir.

Azərbaycanın bugünkü iqtidarı da tarixdə yaxşı adla qalmaq istəyirsə, bu 2 önəmli məsələdə siyasətini köklü şəkildə dəyişməlidir”.

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin