Moderator.az xəbər verir ki, tanınmış hüquqşünas Aslan İsmayılov facebook səhifəsində Zakir Hüseynovun həbsi ilə bağlı maraqlı status paylaşıb. Statusda deyilir:
“Bu dəqiqələrdə Bakı Apellyasiya məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə keçirilən məhkəmə iclasında öz evində polis tərəfindən anası, həyat yoldaşı, qızı və özü döyülən, təhqir olunan Zakir Hüseynov həbs edildi.
Siyasi partiyalar, Milli Şura, QHT-lər, insan hüquqları ilə məşğul olan təşkilatlar, ziyalılıq uğrunda mübarizə aparanlar, susun!
Bundan sonra polisin insanları alçaltmaq, döymək və öldürmək haqqı var!”
































































































