“Axar.az” xəbər verir ki, əvvəl Müdafiə naziri, daha sonra Daxili İşlər naziri olmuş İdris Naim Şahinin adının verildiyi Ordunun Ünyə rayonundakı bələdiyyə avtovağzalı artıq İdris Naim Şahinin adını daşımır.
Onunla bərabər Fətullah Gülənə yaxınlığı ilə tanınan AKP-nin keçmiş millət vəkili, 17 dekabr əməliyyatlarından bir gün qabaq partiyadan istefa verən Hakan Şükürün də adını daşıdığı Əsənyurd Bələdiyyəsinə aid stadion artıq sadəcə Əsənyurd Bələdiyyəsi Stadionu adlanır.
Xatırladaq ki, bir gün qabaq da Hakan Şükürün adı Sancaqtəpə Bələdiyyəsinin stadionundan çıxarılmışdı.






























































































