Polis Salyandakı vəhhabi qiyamının təşkilatçılarını dindirir - YENİLƏNİB

Hazırda oxunan: Polis Salyandakı vəhhabi qiyamının təşkilatçılarını dindirir - YENİLƏNİB

44311
Bu dəqiqələrdə Salyanda dünənki olaylarla bağlı araşdırmalar gedir.

Virtualaz.org xəbər verir ki, dünən Salyanda vəhhabi təriqətindən olanlara qarşı yerli əhalinin hücumu baş vermişdi. Dünənki hadisələrdə fəallıq göstərməkdə şübhəli bilinən şəxslər Polis Şöbəsinə çağırılır. Şəhərin Mirqulam adlı axundu hal-hazırda polisdə dindirilir.

Dünənki hadisələrdə vəhhabi təriqətindən olan Mansur adlı şəxs ölümcül döyülüb. Ağır xəsarət alan daha bir şəxs isə vəhhabi təriqətindən olan Rafael adlı şəxsin oğludur. Salyanda vəhhabi camaatının imamı Möhsün adlı şəxsdir.

*   *   * 11:02

Dünən Salyanda yerli əhalinin bir qrupu vəhhabi məscidinə hücum edərək oranı dağıdıb.

Virtual.az.org azadliq.info-ya istinadən bildirir ki, qəzəblənmiş dəstə, eyni zamanda vəhhabi icmasının əsas simalarından olan iş adamının dükanını da dağıdıblar. Dükanın adı “Haris” olub. Salyanın şiə əhalisi hesab edir ki, vəhhabi iş adamı İmamın övladlarının qətlə yetirilməsində adı hallanan bir adamın adını dükana verməklə şiələrin heysiyyatı ilə oynayıb.

Ətraflı xəbər verəcəyik.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin