Putin, Medvedev və azərbaycanlı jurnalist “qara siyahı”ya salındı

Hazırda oxunan: Putin, Medvedev və azərbaycanlı jurnalist “qara siyahı”ya salındı

44264
Avropa İttifaqının maliyyə sanksiyası tətbiq edə biləcəyi Rusiya vətəndaşlarının genişləndirilmiş siyahısında 107 nəfərin adı var. Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Rusiyanın bütün siyasi rəhbərliyi, eləcə də tanınmış jurnalistlər də siyahıya daxil ediliblər. 

Məlumatda qeyd edilir ki, Avropa İttifaqı sanksiyanı Rusiya Ukraynanın şərqinə hərbi qüvvə yerləşdiriləcəyi təqdirdə tətbiq olunacaq. 

Genişləndirilmiş siyahıda prezident Vladimir Putin, baş nazir Dmitri Medvedyev və xarici işlər naziri Sergey Lavrov  var. 

Tanınmış jurnalistlərə gəldikdə, Mixail Leontyev,  tanınmış azərbaycanlı jurnalist İradə Zeynalova və daha bir tanınmış bakılı Mixail Qusman da bu siyahıya daxil edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin