Tiflis qırğınından 25 il ötdü...

Hazırda oxunan: Tiflis qırğınından 25 il ötdü...

44235

Aprelin 9-da sovet qoşunlarının Tiflisdə qırğınlar törətməsinin 25-ci ildönümdür. Bu münasibətlə "Borçalı" İctimai Cəmiyyəti bəyanatla çıxış edib. Moderator.az-a göndərilən bəyantda deyilir:

9 aprel 1989-cu il Tbilisidə rus qoşunları Gürcüstan Milli Azadlıq mübarizəsini yatırtmaq üçün dinc əhalinin üzərinə qoşun yeritdi. Nəticədə onlarla dinc sakin həlak oldu və ya yaralandı. Ancaq bu qətliam Gürcü xalqının Azadlıq uğrunda mübarizə əzmini sındıra bilmədi. 9 aprel qırğını nəticə etibarı ilə  sovet siyasi sisteminin  iflası, gürcü xalqının bir vahid olaraq birləşməsi və milli müstəqillik uğrunda mübarizədə  ardıcıl olmaları ilə nəticələndi. Odur ki, 9 aprel 1989-cu il tarixi Tbilisidə Milli həmrəylik, vətəndaş sülhü  və şəhidlərin anım günü kimi qeyd edilir.

“Borçalı” Cəmiyyəti 9 aprel 1989-cu ildə baş verənləri həm doğma Gürcüstana imperiya təfəkkürünün təcavüzü,  Gürcüstan cəmiyyətinin əhəmiyyətli, ayrılmaz hissəsi olan Borçalı türklərinin və bütövlükdə Azərbaycanımızın faciəsi olmaqla, həm də QƏHRƏMANLIQ tarixi kimi dəyərləndirir. Bu gün yenidən qaniçən imperiya  hərbi-siyasi sistemi bütün vasitələrlə öz azadlığı və suverenliyi uğrunda mübarizə aparan xalqları, o cümlədən Gürcü xalqını öz əsarətinə almaq istəyindədir. Hesab edirik ki, insanlar heç də uzaqda olmayan 9 aprel Tbilisi, 20 yanvar Bakı, 26 fevral Xocalı qətliamını yaddan çıxartmamalı, şəhidlərin qanı, millətin iradəsi ilə qazanılan müstəqilliyi qorumaq və gərəkən fədakarlığı göstərməyə hazır olmalıdırlar. Bununla şəhidlərimizin ruhunu şad edə bələrik. Allah bu yolda Gürcü xalqına və Azərbaycan xalqına güc versin.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.! Amin.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin