Qərib Məmmədov: "Əkin sahələrində inşa olunan bütün tikililər söküləcək"

Hazırda oxunan: Qərib Məmmədov: "Əkin sahələrində inşa olunan bütün tikililər söküləcək"

44036

Əkin və otlaq xarakterli kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa olunmuş bütün tikililər söküləcək.

Moderator.az APA-ya istinadən bildirir ki, bunu Bərdə şəhərində Ağdam, Ağcabədi, Laçın, Mingəçevir, Tərtər, Goranboy, Xocalı və Yevlax rayonlarından olan vətəndaşları qəbul edən Qərib Məmmədov jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, bu məsələ müvafiq qurumlar tərəfindən araşdırılır. Hətta qanunsuz əmələ yol verənlərin hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunması da istisna edilmir.

Q.Məmmədov qeyd edib ki, Komitəyə daxil olan müraciətlərin əsas hissəsi icarəyə torpaq sahəsi götürmüş və götürmək istəyən insanlar arasında yaranan anlaşılmazlıqlar, həmçinin kənd tipli yaşayış məntəqələrində qonşular arasında torpaq üstündə meydana gələn məişət xarakterli mübahisələrdən ibarətdir. Bununla yanaşı, cəbhə bölgəsində yaşayan insanların təmas xəttinə yaxın olan torpaqlardan istifadə edə bilmələri üçün şəraitinin yaradılması və həmin sahələrin sənədləşdirilməsi məsələsi də üstünlük təşkil edir.

Torpaq sahələrinin sənədləşdirilməsi məsələsində məsul şəxslərin yol verdiyi qanunsuz əməllərlə və özbaşınalıqlarla bağlı ciddi xəbərdarlıq edən komitə sədrinin sözlərinə görə, respublika ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlarda qanunsuz tikililər inşa edən adamlara qarşı ciddi tədbirlər görüləcək.

Q.Məmmədov bildirib ki, "Bələdiyyə torpaqlarının verilməsi haqqında" və “Torpaq bazarı haqqında” qanunlara dəyişikliklər edilməsi ilə bağlı təkliflər hazırlanıb: “Bu sahədə nəzərəçarpan boşluqlar aradan qaldırıldıqdan sonra vətəndaşların indi üzləşdikləri bir çox çətinliklər mexaniki olaraq aradan qalxacaq”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin